Yaqublu kəndi kurqanları — Oğuz rayonunun Yaqublu kəndi yaxınlığındakı kurqanlar.
Ərazidə qeydə alınan 9 kurqandan 4-nün yerüstü hissəsi təsərrüfat işləri aparılarkən dağılıb, ya da digər məqsədlər üçün istifadə edilib. Hazırda diametri 60 metr olan kurqanda tədqiqat işləri aparılır.
Arxeoloji materiallar bu abidənin Tunc dövrünün sonu, erkən Dəmir dövrünün əvvəllərinə aid olduğunu, həmin dövrlərdə bu regionun güclü iqtisadiyyata malik olduğunu, daxili və xarici ticarətin, sənətkarlığın, xüsusilə metal işləmə, dulusçuluq və digər sənət sahələrinin yüksək səviyyədə inkişaf etdiyini deməyə əsas verir.[1]