Yaqut Sadıqova

Yaqut Hüseyn qızı Sadıqova — Azərbaycanın "Əməkdar müəllimi" (2012), "Qızıl qələm" mükafatı laureatı.

Yaqut Sadıqova
Yaqut Hüseyn qızı Sadıqova
Doğum tarixi
Doğum yeri Laçın,Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı
Milliyyəti SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyəti müəllimə
Mükafatları "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı
"Azərbaycan Respublikasının əməkdar müəllimi" fəxri adı — 2012

Həyatı[redaktə | mənbəni redaktə et]

Sadıqova Yaqut Hüseyn qızı 1964-cü ildə Laçın şəhərində anadan olub. 1981-ci ildə Laçın şəhər 1№-li orta məktəbi əla qiymətlərlə bitirib. Ali təhsilli riyaziyyat müəllimidir.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Əmək fəaliyyətinə uşaqlarla iş aparan təlimatçı kimi başlamış, sonrakı dövrlərdə müəllim, təlim-tərbiyə işləri üzrə direktor müavini, metodist, inspektor və 1998–2002-ci illərdə 179 saylı məktəbdə direktor vəzifələrində çalışıb. 2002-ci ildən 2014-cü ilə qədər 83№-li məktəb-liseydə direktor vəzifəsində çalışıb. 2014-cü il Avqustun 18-dən Yasamal rayonu 13 №-li tam orta məktəbin direktoru vəzifəsində çalışır.

Mükafatları[redaktə | mənbəni redaktə et]

İşlədiyi müddətdə dəfələrlə Binəqədi Rayon İcra Hakimiyyəti, Binəqədi rayon təhsil şöbəsi, BŞTİ və Təhsil Nazirliyi tərəfindən fəxri fərman və I dərəcəli diplomlarla təltif olunub.

Respublika üzrə keçirilən Pedaqoji mühazirələr müsabiqəsində "İnnovasiya elementləri və onun tərbiyə təcrübəsi" mövzusunda çıxış edərək I yerə layiq görülmüş və Təhsil Naziri tərəfindən I dərəcəli diplomla təltif olunub. Bakı şəhəri üzrə keçirilən "İlin ən yaxşı məktəbi" və "İlin ən yaxşı direktoru" müsabiqələrində iştirak etmiş, I dərəcəli diplomla təltif olunub.

Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının 04.04.01 tarixli, T-256№-li qərarı ilə məktəbin maddi-tədris bazasının möhkəmləndirilməsində və gənc nəslin təlim-tərbiyəsində səmərəli pedaqoji fəaliyyətinə görə Fəxri Fərmanla təltif olunmuşdur. Xarici ölkələrdə keçirilən Beynəlxalq və Respublikamızda keçirilən bir çox kursların iştirakçısı olaraq I dərəcəli sertifikatla təltif olunub. Yaqut Sadıqovanın rəhbərlik etdiyi müddətdə Binəqdi rayonu H. Hüseynov adına 83№-li məktəb-lisey iki dəfə- 2008 və 2014-cü ildə keçirilən "İlin ən yaxşı məktəbi" müsabiqəsində iştirak edərək I yerə çıxıb. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "İlin ən yaxşı məktəbi" adına layiq görülərək 10 min manat pul mükafatı ilə təltif edilib.

2012-ci ildə isə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə respublikanın "Əməkdar müəllim"i Fəxri adına layiq görülüb. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının 15 illiyinə həsr olunan "Mənim həyamım, mənim işim, mənim təhlükəsiz əməyim" Respublika baxış-müsabiqəsində ən yaxşı göstəricilərinə görə Fəxri diplomla təltif olubnub. 2002–ci ildə Azərbaycan Dövlət Televiziyasının (AZTV) "Səadət" proqramı Yaqut Sadıqova haqqında 18 dəqiqəlik xüsusi verliş hazırlayıb. 2015-ci ildə isə Azad Azərbaycan Televizyası (ATV)onun haqında "Zərif Qəhrəman" verlişini, 2016-cı ildə isə "İnterAz " kanalının "Antrakt" verlişi ona həsr olunub.

"Qızıl qələm" mükafatı laeruatıdır.2019-cu ildə Prezident İlham Əliyevin sərəncamı ilə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" yubiley medalı ilə təltif olunub.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

  1. Müəllim adının ucalığı [ölü keçid]
  2. Yaqut Sadıqova [ölü keçid]
  3. Məktəb–liseyin uğurları
  4. Azərbaycan Respublikasının əməkdar müəllimlərinin siyahısı