Yarışlı gölü — Burdurun Yaşılova vilayətində göl. Sahəsi 16 km2 olan karstik göl Harmanlı, Yarışlı, Kocapınar, Sazaq və Düğer kəndləri arasında yerləşir.[1][2] Göl içində balaca ada da var. Göl natrium fosfat, natrium xlorid və natrium sulfatla zəngin olduğundan suları şordur. Kümbet, Yarışlı, Kilsə bulaqları, Qadınca suyu, Başquyu çayı və yağıntılarla qidalanır.[3]
Yarışlı gölü | |
---|---|
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 854 m |
Eni | 5 km |
Uzunluğu |
|
Sahil uzunluğu | 32 km |
Yerləşməsi | |
37°33′59″ şm. e. 29°57′58″ ş. u.HGYO | |
Ölkə | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Qidalanma mənbələri zəif olan göl xaricə çıxışı olmayan Buldur gölündən alçaq təpələrlə ayrılır. Axarların gölə qarışdığı sahələrdə bitki örtüyü inkişaf etmişdir. Göl bioloji müxtəliflik baxımından kasıbdır. Dərə ağızlarında ancaq dişi sazan balığı yaşayır. Göl suları yayda quruyaraq duzlu bataqlığa çevrilir.[4]
Yarışlı gölünün şərqindəki yarımadada eradan əvvəl 6-cı əsrdən qalma antik şəhər yerləşir.[5]
Yarışlıda təhlükə altındakı dikquyruqlar qışlayır. Bundan başqa, anqutlar qışlamaq üçün, flaminqolar isə köç əsnasında müvəqqəti destinasiya kimi istifadə edir. Təbiət Dərnəyi tərəfində (Doğa Derneği) önəmli təbiət sahəsi kimi elan edilən ərazidə qoruma fəaliyyəti ya yoxdur, ya da istənilən səviyyədə deyil.[6]