Yarımca nekropolu

Yarımca nekropoluBabək rayonunun eyniadlı kəndi yaxınlığında arxeoloji abidə.

Yarımca nekropolu
Ölkə  Azərbaycan
Şəhər Babək
Yerləşir Yarımca kəndi
Aidiyyatı 10-15-ci əsrlər
Üslubu arxeoloji abidə
KateqoriyaYaşayış yeri, Nekropol
ƏhəmiyyətiÖlkə əhəmiyyətli
Yarımca nekropolu (Azərbaycan)
Yarımca nekropolu

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

1977-ci ildə qeydə alınmışdır. Qəbirlər düzbucaqlı şəklində olub qərbdən şərqə doğru istiqamətlənmişdir. Başdaşılarının əksəriyyəti düşmüş və dağıdılmışdır. Saxlanılan başdaşıları yastı daş plitələrdən olub yuxarısı tağvari sonluqla tamamlanmışdır. Bəzi başdaşıların üzərində nəsx və ya süls xətti ilə ərəbdilli yazılara, həmçinin, qoç başdaşılarına rast gəlinir. Qəbiristanlıq 10–15-ci əsrlərə aid edilir.[1]

  1. Naxçıvan ensiklopediyası. II cilddə. II cild. Naxçıvan.2005.