Yarımfəsilə

Yarımfəsilə, Karl Linneyın (1707-1778) 1735-ci ildə nəşr etdirdiyi 11 səhifəlik Systema Naturae adlı əsərində yazdığı taksonomik kateqoriyalara daxil edilməməsinə baxmayaraq, daha sonra inkişaf etdirilən və hələ də istifadə olunan kateqoriyalardan fəsilənin alt kateqoriyasıdır. Linné canlıları 5 taksonomik kateqoriyaya yerləşdirmişdir. Fəsilə bura daxil deyildir.

  • Sinif (Classis)
  • Qrup (Ordo)
  • Cins (Genus)
  • Növ (Species)
  • Variantlar (Varietas)

Daha sonra Linné bitki və heyvanlara ad vermək üçün ikili adlandırma (binominal nomenklatura), yəni 2 sözdən ibarət bir sistem (Cins adı + Epitet adı = Növ adı) hazırladı. Bu sistem müəyyən dəyişikliklərə məruz qalsa da, yenə də qüvvədədir. Bu gün taksonomik kateqoriyalara və canlı qruplarına görə adlandırma zamanı istifadə edilən formalar aşağıdakılardır:

  • Aləmüstü (domen)
  • Aləm (Regnum)
  • Yarımaləm (Subregnum)
  • Tip/Şöbə (Diviso-Phylum) (-phyta)
  • Yarımtip/Yarımşöbə (Subdivisio-Subphylum)
  • Sinif (Classis) (-opsida)
  • Yarımsinif (Subclassis)
  • Dəstə/Sıra (Ordo) (-ales)
  • Yarımdəstə/Yarımsıra (Subordo)
  • Fəsilə (Familia) (-aceae)
  • Yarımfəsilə (Subfamilia)
  • Triba (Tribus) (-eae)
  • Yarımtriba (Subtribus)
  • Cins (Genus)
  • Alt cins (Subgenus)
  • Seksiya (Sectio)
  • Yarımseksiya (Subsectio)
  • Cərgə (Serie)
  • Yarımcərgə (Subserie)
  • Növ (Species)
  • Yarımnöv (Subspecies)
  • Varitet/Müxtəliflik (Varietas)
  • Yarım müxtəliflik (Subvarietas)
  • Forma (Forma)
  • Yarımforma (Subforma)
Taksomaniya ranqları

Aləmüstü (domen) — Aləm — Yarımaləm — Tipüstü/Şöbəüstü — Tip/Şöbə — Yarımtip/Yarımşöbə — Sinifüstü — Sinif — Yarımsinif — İnfrasinif — Dəstəüstü/Sıraüstü — Dəstə/Sıra — Yarımdəstə/Yarımsıra — İnfradəstə — Fəsiləüstü — Fəsilə — Yarımfəsilə — Tribaüstü — Triba (biologiya) — Yarımtriba — Cins — Yarımcins — Seksiyaüstü — Seksiya — Yarımseksiya — Cərgə — Yarımcərgə — Növ — Yarımnöv — Varitet/Müxtəliflik — Yarım müxtəliflik — Forma — Yarımforma

TaksonomiyaBinominal nomenklatura