Yaramaz pişik Şərafəddin (türk. Kötü Kedi Şerafettin) və ya qısa adı ilə Şero — 1996-ci ildə yaradılmış komiks personajı. 1996-cı ildə Bülənt Üstün ölən pişiyi Şərafəddinin xatirəsinə işlədiyi "L-Manyak" jurnalında personajı yaratmışdır. 2001-ci ildə komiksçi "Lombak" jurnalına keçmişdir.
Yaramaz pişik Şərafəddin | |
---|---|
türk. Kötü Kedi Şerafettin | |
| |
Nəşriyyat | L-Manyak |
Yayım tarixi | "L-Manyak" #2 (fevral 1996) |
Yaradıcı(lar) | Bülənt Üstün |
Xüsusiyyətlər | |
Cinsiyyəti | erkək |
Göz rəngi | sarı |
Növü | pişik |
Komiks bioqrafiyası | |
Yaxınları |
Tonquç (atası) Tacəddin (oğlu) |
Ləqəbləri | Şero |
Şeronu təsvir edərkən onun bu qədər məşhur olacağına ağlına gətirməyən Üstün personajın Türkiyə üçün nisbətən daha sərt olduğunu qeyd etmişdir.[1]
Şero İstanbul ilinin Cihangir səmtində yaşayan bəlalı bir pişikdir. Burada əsas personaj olan pişiklər danışmaq qabiliyyətinə malikdirlər. Yarı insan, yarı heyvan personaj olan Şərafəddin Tonquçun masturbasiya etdikdən sonra ətrafa tökülən spermasında oturan dişi bir pişikdən dünyaya gəlmişdir. Daha sonrakı zamanlarda 7 pişik tərəfindən təcavüzə uğramış dişi pişikdən Tacəddin adlı oğlunun olduğu məlum olmuşdur.
Yaramaz pişik Şərafəddin xüsusilə Türkiyədəki gənclər arasında 1990-cı illərin sonlarında məşhurluq qazanmış və hekayələri paylaşılmışdır. "Ekşi Sözlük" kimi məşhur saytlarda tez-tez Qarfild və Hitkliff kimi uydurma pişiklərlə müqayisə olunmuşdur.[2] Üzərində Şərafəddinin təsviri olan bir çox köynək satılmışdır. Bundan başqa onunla əlaqədar olan başqa məhsullar da çıxarılmışdır.
2002-ci ildən bu yana Şərafəddin haqqında 4 kitab albomu çıxmışdır.[3]
Nil Karaibrahimgilin 2009-cu ildə çıxmış "Nil Kıyısında" adlı albomuna daxil olan "Seviyorum sevmiyorum" mahnısındakı "Yok ki senin bir yedeğin, Kötü Kedi Şerafettin!, Söyle nasıl kıydın bana?, Hem canındım, hem ciğerin" misralarında personajın adından istifadə olunmuşdur.[4]
Yaramaz pişik Şərafəddin haqqında Mehmet Kurtuluş və Ayşe Ünalın rejissor olduğu "Yaramaz pişik Şərafəddin" animasiya filmi 5 fevral 2016-cı ildə ekranlara buraxılmışdır.[1]