Yaraqlı nemertinlər (lat. Enopla)-Nemertinlər tipinin Nemertinlər sinfinə aid olan yarımsinif.
Yaraqlı nemerttinlər | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Ranqsız: Ranqsız: Tip: ???: Yaraqlı nemerttinlər |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Bu yarımsinfə aid olan nemertinlərdə xortum bir və ya bir neçə stiletlə yaraqlanmışdır. Ağız dəliyi bədənin ön ucunda yerləşir (terminal). Sinir sistemi dəri-əzələ kisəsinin altına keçmiş və parenximada yerləşir. Bu yarımsinfin nümayəndələri ölçülərinin kiçikliyi ilə xarakterizə olunur. Bu qurdların uzunluğu 10–12 sm olub, adətən sahil boyu zonalarında daşların altında yaşayır. Bu yarımsinfə yeganə olaraq şirin suda yaşayan Stichostemma cinsi də daxildir.[2]
Bunların bir sıra nümayəndələrinə Avropanın və Şimali Amerikanın çay və göllərində təsadüf edilir. Avropanın bütün atlantik sahili boyu, onun şimal sərhəddindən Aralıq dənizinə qədər təsadüf edilən qumda yuvalar düzəldir.
Enopla-ya pelagik və parazit nemertin növləri daxildir. Aşağıdakı növləri var: Nectonemertes, Pelagonemertes (pelagik), Malacobdella (parazit)