Yardımlı meteoriti və ya Ərus meteoriti — 24 noyabr 1959-cu ildə Azərbaycanın Yardımlı rayonuna düşmüş dəmir meteorit. SSRİ ərazisinə düşmüş üçüncü böyük meteoritdir.[1] Qalıqlar yaxınlıqdakı Ərus kəndində aşkar edilmişdir. Beş nümunə ilə birlikdə meteoritin ümumi çəkisi 150,29 kiloqram olaraq qiymətləndirilir.[2] Meteorit Azərbaycan Milli Elmlər Akademiyasının Geologiya İnstitutunda saxlanılır. Şamaxı Astrofizika Rəsədxanasının direktoru Əyyub Quliyevin sözlərinə görə, Yardımlı meteoriti Perseid yağışından gəlmiş ola bilər.[3]
Şahidlər parlaq bolidin buludların arasından cənub-qərbdən şimal-şərqə doğru uçduğunu görüblər.[2] Sıx duman olmasına baxmayaraq, düşərkən təqribən 2800 km2 sahədə yaratdığı güclü işıqlanma 5-10 saniyə davam etmişdir.[1] Ayrı-ayrı parçaların düşməsi reaktiv təyyarə və ya raketdən yaranana etdiyinə bənzəyən fit və dronla müşayiət olunurdu.[2] Meteoritin kimyəvi və fiziki xüsusiyyətlərinin tədqiqinə azərbaycanlı tədqiqatçı Mirəli Qaşqay rəhbərlik edib. Meteoritdə böyük bir Vidmanştetten strukturu[4] və anomal olaraq az miqdarda tritium mövcuddur. Oxşar tritium anomaliyaları əvvəllər digər dəmir meteoritlərində də aşkar edilmişdi.[5]
Amerika alimlərinin xahişi ilə Sovet Meteorit Komitəsi meteorit nümunələrini Kaliforniya Universitetinə, Kembric Astrofizika Rəsədxanasına və Çikaqo Universitetinin Nüvə Tədqiqatları İnstitutuna, həmçinin CERN-ə göndərib. Nümunələrdən biri Fersman Mineralogiya Muzeyində saxlanılır.[4]