Yarus

Yarus – biosenoz və aqrosenozda həm assimlyasiya edən (yarpaq və budaqları), həm də adsorbsiya edən və ehtiyat toplayan (kökləri, kökümsovu, kök yumrusu, soğanağı) hissələrinin yerləşdiyi qat (mərtəbə). Əsas qat (mərtəbə) əsas yarus, alt qatlar isə ikinci, üçüncü yarus adlanır. Yaruslarda çətirlər və biohorizontlar ayrıla bilər. Ot örtüyü, kol və ağac yarusları ayrılır. Yarus termini meşəçilikdə daha çox işlənir[1].

Biosenoz və aqrosenozun müxtəlif örtmə dərəcəsi və hündürlüyü olan, assimlyasiyada, həmçinin maddələrin və enerjinin toplanmasında müxtəlif dərəcədə iştirak edən qatlara, yaruslara, çətirlərə, biohorizontlara və s. ayrılması.

  1. Məmmədov Q.Ş. Xəlilov M.Y. Ensiklopedik ekoloji lüğət Bakı 2008