Yasəmən Malik

Məmmədova Yasəmən Yəhya qızıAzərbaycan aktrisası.

Yasəmən Məmmədova
Yasəmən Yəhya qızı Məmmədova
Digər adı Yasəmən Malik
Doğum tarixi (63 yaş)
Fəaliyyəti aktrisa

Yasəmən Məmmədova 1984-cü ildə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsini bitirmişdir. 1985-ci ildən H. Ərəblinski adına Sumqayıt Dövlət Musiqili Dram Teatrında aktrisa işləyir. O, geniş diapazona malik aktrisadır. Məlahətli səsi ona dramatik rollarla yanaşı musiqili tamaşalarda da oynamağa imkan verir. Belə ki, Sumqayıt teatrında tamaşaya qoyulmuş "Arşın mal alan" (Ü. Hacıbəyov), "Subaylarınızdan görəsiniz (İsi Məlikzadə və S. Ələskərov) kimi operetto və musiqili komediyada da Asya və Səməni rollarını özünəməxsus şrixlərlə oynaya bilmişdir. Bundan başqa o, Gülzar (S. S. Axundov, "Tamahkar"), müğənni (H. Cavid, "Afət"), Vera (V. Şukşin, "Diribaş adamlar"), Aytən (N. Hikmət, "Bayramın birinci günü", Seda (V. Səmədoğlu, "Bəxt üzüyü"), Ermek (Ç. Aytmatov, "Əsrə bərabər gün"), Şəhrəbanı xanım (M. F. Axundov, "Müsyo Cordan və dərviş Məstəli şah"), Burla xatun (F. Məhərrəmov, "Oğuzlar") və s. rolları oynamışdır. Bakı şəhərində keçirilən klassik tamaşalar festivalında C. Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları" əsərində oynadığı Zeynəb, festivallar festivalında oynadığı Naza (Ə. Qiyas, "Qarışqa yuvası") və monotamaşalar festivalında oynadığı Qaçqın qarı (V. Əlixanlı, "Başdaşı") aktrisaya tamaşaçı rəğbəti qazandıraraq, uğur gətirmişdir.

Y. Məmmədova tez-tez film-tamaşalara da dəvət olunur. Azərdövlət televiziyası ilə nümayiş etdirilən "Yanmış körpülər" teleserialında Mədinə və iki hissəli "Şans" filmində Nazilə obrazlarını yaratmışdır.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında:

  1. Ober-Qofmesterina — ("Şelkunçik", E. T. A. Hofman)
  2. Züleyxa — ("Əcəl atı", V. Əlixanlı)
  3. Mələk — ("Mən səni sevirəm – MSS", Ə. Əmirli)
  4. Türfə — ("Pələng ili", F. Mustafa)

C. Cabbarlı adına Gəncə Dövlət Dram Teatrında:

  1. Gülaçar — ("Atabəylər", N. Həsənzadə)

H. Ərəblinski adına Sumqayıt DDT-ında:

  1. Gülzar və Nabat — ("Tamahkar", S. S. Axundov)
  2. Nərgiz — ("Oktay Eloğlu", C. Cabbarlı)
  3. Seda — ("Bəxt üzüyü", V. Səmədoğlu)
  4. Ana — ("Dədə Qorqud", S. Nəzirova)
  5. Nisə xanım — ("Lənkəran xanının vəziri", M. F. Axundov)
  6. Lena — ("Alıy lotos")
  7. Müğənni qız — ("Afət", H. Cavid)
  8. Mariya Antonovna və unterzabit arvadı — ("Müfəttiş", N. V. Qoqol)
  9. Zərifə — ("Ər və arvad", G. Xuqayev)
  10. Aytən — ("Bayramın birinci günü", N. Hikmət)
  11. Temirin arvadı — ("Dəyirman", M. Süleymanlı)
  12. Ermek — ("Gün var əsrə bərabər", Ç. Aytmatov)
  13. Vera — ("Diribaş adamlar", V. M. Şukşin)
  14. Nənə — ("Cinbalalar", C. Məmmədov)
  15. Şəhrəbanu xanım — ("Müsyö Jordan və Dərviş Məstəli şah", M. F. Axundov)
  16. Səməni — ("Subaylarınızdan görəsiniz", İ. Məlikzadə)
  17. Naza — ("Qarışqa yuvası", Ə. Qiyas)
  18. Zeynəb — ("Danabaşlılar", C. Məmmədquluzadə)
  19. Direktor — ("Uşağa bir üç yazın", İvaşenko)
  20. Aparıcı obrazı — ("Portret cizgilər", S. Rüstəmxanlı)
  21. Nazlı — ("Kim nə deyər bizdə olan qeyrətə", A. Babayev)
  22. Burla Xatun — ("Oğuzlar", F. Məhərrəmov)
  23. Qaçqın ana — ("Batmanla gələn dərd", Ə. Lələbağ)
  24. Müəllimə — ("Kişi", C. Məmmədov)
  25. Sara — ("Mənim ağ göyərçinim", T. Vəliyeva)
  26. Aparıcı — ("Xilaskar", A. Babayev)
  27. Rafiqə xanım — ("Məhəbbət, şeytan, ağ ölüm", M. Haqverdiyev)
  28. Leyla — ("Qisas", F. Süleymanov)

Ş. Qurbanov adına DMKT-ında:

  1. Sona — ("Talelər qovuşanda", R. Hacıyev)
  2. Əsmər — ("Əlin cibində olsun", A. Babayev)
  3. Bikə xanım — ("İtkin ər", Ə. Əmirli)
  4. Katibə — ("Məsmə xala dayımdır", C. Məmmədov)
  5. Aparıcı və ifaçı — ("Gülmək qadağandır", H. Bağırov)
  6. Tülkü — ("Baş tutmayan hiylə", C. Məmmədov)

Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrında:

  1. Qadın — ("Xoşbəxt hadisə", S. Mrojek)
  2. Pəri Cadu — ("Pəri Cadu", Ə. Haqverdiyev)
  1. Yanmış körpülər (film, 2007)
  2. Şans (film, 2004)
  3. Muradına çatan Günəş
  4. Ağabəyovlar (film, 2012-2014)