Yava üsyanı (1825–1830), Yava müharibəsi — Yava adalarında Hollandiya müstəmləkəçilərinə qarşı xalq üsyanı.[1]
Yava müharibəsi | |
---|---|
ꦥꦼꦫꦁꦢꦶꦥꦤꦼꦒꦫ de Java-oorlog | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Diponeqoronun başçılığı ilə 1825-ci ilin iyul ayından kəndlilərdən, feodallardan və müsəlman ruhanilərininin böyük əksəriyyətindən ibarət üsyançı dəstələr Yavanın əksər ərazilərini ələ keçirmiş və 5 il ərzində Hollandiya qoşunlarına ciddi müqavimət göstərmişdilər. 1830-cu ildə hollandlar güzəştə getməklə (1828-ci ildə icarə müqavilələrinin qadağan edilməsi haqqında qanunun ləğvi və s.) üsyanda iştirak dən feodalların xeyli hissəsini öz tərəfinə çəkmiş, üsyançıların əsas qüvvələrini parçalaya bilmişdilər. Diponeqoro`nu əsir aldıqdan sonra üsyan amansızlıqla yatırılır. Yava üsyanı 19. əsrdə Asiyada müstəmləkəçilik əleyhinə ən böyük üsyanlardan biri idi.