Yava müharibəsi

Yava üsyanı (1825–1830), Yava müharibəsi — Yava adalarında Hollandiya müstəmləkəçilərinə qarşı xalq üsyanı.[1]

Yava müharibəsi
ꦥꦼꦫꦁꦢꦶꦥꦤꦼꦒꦫ
de Java-oorlog
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Diponeqoronun başçılığı ilə 1825-ci ilin iyul ayından kəndlilərdən, feodallardan və müsəlman ruhanilərininin böyük əksəriyyətindən ibarət üsyançı dəstələr Yavanın əksər ərazilərini ələ keçirmiş və 5 il ərzində Hollandiya qoşunlarına ciddi müqavimət göstərmişdilər. 1830-cu ildə hollandlar güzəştə getməklə (1828-ci ildə icarə müqavilələrinin qadağan edilməsi haqqında qanunun ləğvi və s.) üsyanda iştirak dən feodalların xeyli hissəsini öz tərəfinə çəkmiş, üsyançıların əsas qüvvələrini parçalaya bilmişdilər. Diponeqoro`nu əsir aldıqdan sonra üsyan amansızlıqla yatırılır. Yava üsyanı 19. əsrdə Asiyada müstəmləkəçilik əleyhinə ən böyük üsyanlardan biri idi.

  • Azərbaycan Sovet Ensiklopediyası, V cild səh.44
  • "Yava xalq müharibəsi 1825–1830" — P. M. Movçanyuk. Moskva, 1969
  • Louw, P. J. F., və E. S. de Klerck. "De Java Oorlog van 1825–1830", vols. 1–6. Batavia, 1894–1909
  • Sagimun, M. D. "Pahlawan Dipanegara berdjuang". Cakarta, 1957
  1. "Arxivlənmiş surət". 2013-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-03-21.