Yavuz Sultan Səlim körpüsü

Yavuz Sultan Səlim körpüsü və ya Üçüncü Boğaz körpüsü boğazın Qara dəniz, şimal tərəfində inşa edilmiş körpüdür. Adı doqquzuncu Osmanlı sultanı və ilk Osmanlı xəlifəsi Yavuz Sultan Səlimin şərəfinə verilmişdir. Körpünün bir ucu Avropa tərəfindəki Sarıyerin Garipçe məhəlləsində digər ucu isə Anadolu tərəfindəki Beykozun Poyrazköy bölgəsində yerləşir.

Yavuz Sultan Səlim körpüsü
Yavuz Sultan Selim Köprüsü
Yavuz Sultan Səlim körpüsü
Yavuz Sultan Səlim körpüsü
Xəritə
41°12′00″ şm. e. 29°06′36″ ş. u.
Keçid Bosfor
Yeri İstanbul
Material Poladbeton
Uzunluğu 1,875 m
Eni 59 m
Hündürlüyü 322 m
Açılışı 26 avqust 2016
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qərar mərhələsi

[redaktə | mənbəni redaktə et]

Hər ay 20 min yeni nəqliyyat vasitəsinin gəldiyi İstanbulda təxminən 2,5 milyon qeydiyyatdan keçmiş nəqliyyat vasitəsi var.[1] Boğazda yerləşən iki körpü günün müəyyən vaxtlarında yaşanan həddindən artıq intensivlik səbəbindən tam xidmət göstərə bilmir. Buna görə də son illərdə boğazda üçüncü körpünün inşası üçün bir çox təklif irəli sürüldü. İlk konkret addım 60-cı hökumət dövründə atıldı. Dövrün Baş naziri Rəcəb Tayyib Ərdoğan üçüncü körpünün lazım olduğunu və dərhal edilməli olduğu fikrini müdafiə etdi. Körpünün yolunu təyin etmək üçün helikopterlə baxış keçirdi.[2][3]

Körpünün yerləşməsi üçün xüsusən də meşələrlə örtülən şəhərin şimal hissələri nəzərdə tutuldu və körpünün dəqiq marşrutu ictimaiyyətə açıqlanmadı. Körpü üçün qurulacaq avtomobil yolunun Silivrinin meşəlik ərazilərindən başladığını və bu yolun İstanbulun meşələrinə və su hövzələrinə zərər verəcəyi bildirildi. Gürsel Tekin iddiaları hökumət tərəfindən rədd edilmədi, ancaq dəqiq yolun hələ də bəlli olmadığı vurğulandı[4]. Dövrün nəqliyyat naziri Binəli Yıldırım mətbuata açıqlamasında üçüncü körpünün digər iki körpünün şimalında inşa ediləcəyini bildirdi. Keçmişdə, üçüncü körpü üçün edilən etirazlara İstanbul Böyükşəhər Bələdiyyə Başçısı Rəcəb Tayyib Ərdoğan da böyük dəstək vermiş, öz işçiləri tərəfindən hazırlanan böyük abadlıq planına üçüncü körpü daxil edilməmişdi. Ərdoğan, təxminən 6 ay ərzində şəhər planlaşdırıcılarının yaratdığı şəhər və ətraf mühitin dağıdılması ilə bağlı hesabatı müdafiə etdi və belə dedi: "Budur, üçüncü körpünün İstanbul üçün cinayət olduğunu elm də sübut edir, buna görə də müqavimət göstərəcəyik və qəbul etməyəcəyik!"

Ərdoğanın baş nazir vəzifəsində olduğu müddətdə İstanbuldakı nəqliyyat problemi həll edilə bilmədi. Körpü üzərində ilk konkret addım atan Ərdoğan, çıxışlarının birində İstanbul üçün üçüncü körpünün zəruriliyindən danışdı:"Birinci körpüyə qarşı çıxdılar. Sonra utanmadan körpüdən istifadə etdilər. Eynilə ikinci körpüdə də belə oldu. İndi də üçüncü körpüyə qarşı çıxırlar. Mən bunu ABŞ-da gördüm, çay üzərində 500 metr məsafə ilə üç körpü vardı. Bunlar çox vacibdir."

Körpü və körpü ilə birlikdə inşa ediləcək avtomobil yolunun detalları 25 min miqyaslı inkişaf planlarında qeyd edildi. Bundan əlavə Çorlu-Çerkezköy bölgəsində üçüncü hava limanının inşası, Anadolu tərəfinin şimal hissəsində Riva bölgəsinin turizim üçün açılması və İzmit yaxınlığında böyük bir texnoparkın inşası da planlaşdırılırdı. Şimaldakı meşə torpaqlarına və içməli su hövzələrinə ziyan vurmamaq üçün körpünün əsasən tunellər və yol ötürücüləri olacağı deyildi.[5] 29 aprel 2010-cu ildə dövrün Nəqliyyat naziri Binəli Yıldırım mətbuata açıqlamasında üçüncü körpünün dəqiq yolunun Garipçe və Poyraz arasında olduğunu bildirdi. 29 may 2013-cü ildə Prezident Abdullah Gül körpünün adını açıqladı: Yavuz Sultan Səlim körpüsü

Tikinti mərhələsi

[redaktə | mənbəni redaktə et]
Maşınların küləkdən qorunması üçün körpünün kənarlarına təxminən 3 metr hündürlükdə şəffaf külək panelləri qoyulub.

Yavuz Sultan Səlim körpüsünün tikintisi eyni vaxtda körpünün hər iki ayağının oturduğu Garipçe və Poyrazköy yerlərində başladı. Bünövrəsi 29 may 2013-cü ildə qoyulmuş körpünün ayaqlarının tikintisi 24 oktyabr 2014-cü ildə başa çatdırılmışdır. Körpünün ayaqları dəniz səviyyəsindən 330 metr yuxarıdır. Layihədə 700-ü mühəndis olmaqla 8000-dən çox insan işləmişdir. Layihədə diametri 22 metr olan Avropadakı ən geniş tunel də inşa edilmişdir. Layihədə ən ağırsı 923 ton olan 53 polad plitə istifadə edilmişdir.[6]


Körpü 26 avqust 2016-cı ildə rəsmi mərasimlə açıldı[7]. Mərasimə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Bəhreyn kralı Hamad Bin İsa Əl Xəlifə, Bosniya və Herseqovina Rəyasət Heyətinin sədri Bakir İzetbegoviç, Makedoniya prezidenti Corge İvanov, KKTC prezidenti Mustafa Akıncı, 11-ci Türkiyə prezidenti Abdullah Gül, köhnə baş nazirlərdən Əhməd Davudoğlu, TBMM sədri İsmail Kahraman, Türkiyə Baş Naziri Binali Yıldırım ilə birlikdə bir çox nazir və millət vəkili qatıldı[8].

27 avqust 2016-cı il saat 00:00-da körpü nəqliyyat vasitələrinin hərəkəti üçün açıldı. Həmçinin 31 avqust 2016-cı il tarixinə qədər keçidlərin pulsuz olacağı da açıqlandı.

  1. "İstanbuldakı avtomobil sayı 4 ildə 4 dəfə artdı" (türk. ). www.zaman.com.tr. 2011-08-21 tarixində orijinalından arxivləşdirilib.
  2. "Ərdoğan 3-cü körpü ərazisinə baxış keçirdi" (türk. ). haber.ekolay.net. 2011-07-17 tarixində arxivləşdirilib.
  3. "Ərdoğan 3-cü körpü ərazisinə helikopterlə baxış keçirdi" (türk. ). nethaber.com. 2016-03-13 tarixində orijinalından arxivləşdirilib.
  4. "Gürsel Tekin 3-cü körpünün yerini açıqladı" (türk. ). www.hurriyet.com.tr. 2014-01-10 tarixində arxivləşdirilib.
  5. "Üçüncü körpü şimalda olacaq" (türk. ). www.radikal.com.tr. 2009-07-18 tarixində arxivləşdirilib.
  6. "23 ədəd polad piltə qoyuldu" (türk. ). www.3kopru.com. 2016-10-19 tarixində orijinalından arxivləşdirilib.
  7. "Nazir Elvan gözlənilən tarixi açıqladı" (türk. ). www.trthaber.com. 2016-01-19 tarixində arxivləşdirilib.
  8. "Yavuz Sultan Səlim körpüsündə böyük açılış. 31 avqusta qədər pulsuz" (türk. ). www.cnnturk.com. 11 fevral 2020 tarixində arxivləşdirilib.