Yaxın İspaniya (latın dilində:Hispania Citerior) - qədim Roma respublikasının Pireney yarımadasında, müasir İspaniyanın şimal-şərqində, Ebro (latın dilində:Iberus) çayının (sonralar bütün yarımada əarzisi bu çayın adı ilə İberiya adlandırılmışdır) sahilində yerləşən əyaləti. Əyalətin mərkəzi Tarrako şəhəri idi.
Kantabriya müharibələri nətcəsində Pireney yarımadası romalılar tərəfindən tamamilə işğal edildikdən sonra Yaxın İspaniya Uzaq İspaniya əyalətinin bir hissəsi olan Qalisiya (latın dilində: Gallaecia) ilə birləşdirildi. Bu hadisədən sonra yeni Tarrakon İspaniyası (latın dilində:Hispania Tarraconensis, ispan dilində: Tarraconense) adlanan yeni əyalət yarandı.