Yaxalıqlı qurqur

Yaxalıqlı qurqur (lat. Streptopelia decaocto) — Göyərçinkimilər dəstəsinə daxil olan quş növü.

Yaxalıqlı qurqur
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Yaxalıqlı qurqur
Beynəlxalq elmi adı

Yaxalıqlı qurqur Çöl göyərçini boyda olurlar. Uzunluqları 31 ilə 33 sm-ə çatır. Bununla belə daha yüngül və quyruğu daha uzun olması ona daha incə və zərif görünüş verir. Qanadları arasında məsafə 47 ilə 55 sm arasında dəyişir. Bədən çəkisi 150 ilə 200 qr arasındadır. Növün fərqli bir xüsusiyyəti başın arxasındakı qara açıq bir halqadır. Cinsi dimorfizm yoxdur. Gənc quşlarda başın arxasında qara yarım üzük yoxdur.

Uçuş zamanı quş tez-tez təkrarlanan xırtıldayan səslər çıxarırlar.

Yaxalıqlı qurqurlar 1930-cu illərdən bəri, Yaxın Şərq, Balkan yarımadası, Avropa və Orta Asiya ərazilərinə yayılıblar. Məskunlaşma üçün antropogen mənzərələrə üstünlük verərkən yayılma böılgələrini genişləndirməyə davam edirlər. Quşlar həmişə yaşayış məntəqələrinə yaxın parklarda və bağlarda yaşayır. Bir neçə iynəyarpaqlı ağacın olduğu sakit yaşayış yerlərini üstün tuturlar. İynəyarğaqlı ağaclar yuva qurmaq üçün olduqca vacibdir.

Yaxalıqlı qurqurlar, tum, buğda və meyvələrlə qidalanırlar.

Əsasən ağaclarda, budaq qırıntısı və ya çöplərdən yuva qururlar. Yuvalama zamanı 1–2 yumurta qoyurlar. Balalar 21 gündən sonra yumurtadan çıxır. Quşlar ildə bir neçə dəfə yuva qurur bilərlər. Belə ki, balalar tez-tez yırtıcılar (pişiklər, quzğun, dələ) səbəbindən ölürlər.

  • M. Kasparek: Dismigration und Brutarealexpansion der Türkentaube (Streptopelia decaocto). In: J. Orn. 137 1996, S. 1–33.
  • J. Hölzinger, U. Mahler: Die Vögel Baden-Württembergs. Nicht-Singvögel 3. Ulmer 2001 S. 48–65.