Yaxsay (Dağıstan)

Yaxsay (qum. Яхсай) — qumuq kəndi.

Yaxsay
43°22′21″ şm. e. 46°26′42″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 34 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 11.766 nəf. (2024)[2]
Rəqəmsal identifikatorlar
Poçt indeksi 368031
Digər
мо-аксай.рф
Xəritəni göstər/gizlə
Yaxsay xəritədə
Yaxsay
Yaxsay

Yaxsay Xasavyurtun şimalında Axsay çayının sahilində, Çeçenstanla sərhəddə yerləşir.

Yaxsay yaxın yüzillərdə Dağıstanın ən inkişaf etmiş inzibati mərkəzlərindən biri olmuşdur. Buradakı mədrəsədə dövrünün savadlı din bilginləri çalışmışlar. Onlarda təhsil və tərbiyə alanların bir çoxu sonralar Doğuda məşhurlaşmışlar.

Şair Seyid Əzim Şirvani də bu mədrəsədə oxumuşdur. 1835-ci il iyulun 10-da Şamaxıda anadan olan Seyid Əzim 7 yaşında atasını itirir. Anası Gülsüm xanım övladlarını da götürüb Yaxsayda qazi-şəriət hakimi işləyən atası Molla Hüseynin yanına gedir[3]

Molla Hüseyn Seyid Əzimin fərasətinə, hazırcavablığına, diribaşlığına görə onu əzizləyir və təhsilini davam etdirməsinə yardımçı olur. On ilə yaxın Yaxsayda yaşayan Seyid Əzim 1853-cü ildə anası Gülsüm xanımla geriyə — Şamaxıya qayıdır. Şair sonralar həmin günləri xatırlayaraq yazır:

Oldum ol gün ki, çardəh salə, Düşmədim fikri-dövləti malə. Eylədim arifanə kəsbi-ülum,
…Oxudum nəhvü -sərfü, fiqhü üsul, Hikmətü heyət eylədim məhsul.

[4]

Çox təəssüf ki, Seyid Əzimin və babası Molla Hüseynin yaşamının Yaxsay dövrü gərəyincə öyrənilməmişdir. Mədrəsədə yeniyetmə Əzimə kimlər dərs deyib, kimlərlə dostluq edib, sonralar qumuq ziyalılarından kimlərlə ünsiyyətdə olub? Bu suallara cavab verən araşdırmaya hələ rast gəlməmişik. Seyid Əzimlə M. E. Osmanovun arasında yaş fərqi o qədər də çox deyildi. Hər ikisi eyni mədrəsədə oxumuşdur. Yəqin ki, bir-birini tanıyırmışlar.

Azərbaycan qaynaqlarında Yaqsay və Aksay, Ağsay[5] kimi yazılan bu kənddə M. E. Osmanov, M. Alibekov, N. və Z. Batırmurzayevlər, A. Muhammadov, A. P. Salavatov, A. V. Suleymanov, S. Toqbolatov, Ş. Alberiyev, M. Atabayev, L. Hajaqayev, M. A. Adilxanov Y. Alimxanov kimi şair, yazıçı, publisistlər, Ahmat Sayıp Əfəndi kimi alim və pedaqoq, Rəşid xan Qaplanov kimi dövlət xadimi, rus yazıçısı M. Bulqakovun dostu və onunla birlikdə pyes yazmış, uzun illər Vladiqafqazda hüquqşünas işləmiş Tajuttin Penzullayev və b. aydınlar doğulub boya-başa çatmışlar. Bu kənddə oxumuşların adlarını da əlavə etsək böyük bir siyahı yaranar. Azərbaycan Xalq Cümhuriyyətinin naziri olmuş Rəşid xan Zabit oğlu Qaplanov da 1883-cü ildə Yaxsayda doğulmuşdur.

XIX əsrdə Qarabağa gəlmiş əslən Yaxsaylı Xasay xan Usmiyev Qasım bəy Zakirlə düz dolanmadı. Şair onu həcv etmişdi:

O yaxsay, mən qarabaği, mənimlə yox sərü kari, Nə istər bilməzəm məndən genə xingəl-quşay knyaz.

[6]

  1. 1 2 GEOnet Names Server. 2018.
  2. "Численность постоянного населения Российской Федерации по муниципальным образованиям на 1 января 2024 года". İstifadə tarixi: 2024-05-04..
  3. Köçərli Firudin, 1981:30, 2-ci cild.
  4. Hüseynov Sadıq, 1977:13.
  5. Dağıstan ədəbiyyatı antologiyası, 1959, ASE. 1980, 8-ci cild, Köçərli Firidun, 1981.
  6. Zakir, Qasım bəy. Seçilmiş əsərləri, tərt. K. Məmmədov. — Bakı : Avrasiya Press, 2005. — 400 s.