Yayıx - türk mifologiyasında çay tanrısı. Digər adları Yayık Xan, Yayuk Xan, Cayık və ya Tayıqdır. Bulaq və göllərə görə məsuliyyət daşıyır. 17 çayın qovuşduğu yerdə yaşayır. Çaylara, küləklərə və sulara hökm edər. Qamçısı şimşəkdir. Böyük tufandan sonra səmaya çıxmışdır. Su ilanı və ya Su əjdahası cildinə girə bilər. Yerlərdən sular fişqırdar. İnsanları pisliklərdən qoruyar. Ona Yayın Qaldırma adı verilən saçı (cansız əşyanı qurban gətirmə) mərasimləri edilir. Yazda heyvanlarının və atların avuzları (ilk südləri) ilə yarma qarışdırılaraq edilən lapalar çaylara saçılar. Göyün üçüncü qatında oturar. Şamanlara fikri səfərlərində kömək edər. Qoruçı (Qoruçu/Qoruyucu) olaraq xarakterizə edilər.
Qazax və qırğız hekayə və söz-söhbətlərində Təpəgözü kor edən qəhrəmanın adı da "Yayık (Jayık)" olaraq keçər. Şaman ayin və mərasimlərində "Yayık Xan"ın olduqca əhəmiyyətli bir yeri vardır. Onun görünüşünü ağ parçadan edərlər. Tölöslerin "Tayıx" dedikləri və ağır bəlalar gəldiyində yaxardıqları bu ruhu "Qoruçı" olaraq təyin etdikləri də yazılmışdır. Altaylar, çaylar daşdığı zaman, "Yayık sudan çıxdı" deyərlər, çünki mekanı 17 dəniz və ya çayın qovşağında olan Yayın Xan coşub, daşan suların ruhudur və yer üzündəki bütün sular ona aiddir
(Yay / Yaz) kökündən törəmişdir. Əngin, məşhur və ya qurban etmək kökündən gəlir. Bundan başqa bu kökün yaratmaq anlamıda tapılar.