Yaycı kanalı

Yaycı kanalıNaxçıvan Muxtar Respublikasının Ordubad və Culfa rayonlarında tarixi abidə.

Yaycı kanalı
Ölkə  Azərbaycan
Şəhər Naxçıvan
Yerləşir Ordubad və Culfa rayonları
Üslubu Naxçıvan memarlıq məktəbi
Vəziyyəti fəaliyyət göstərir
ƏhəmiyyətiYerli əhəmiyyətli
Yaycı kanalı (Azərbaycan)
Yaycı kanalı

Öz başlanğıcını Ordubad rayonunun Sabirkənd yaxınlığında Gilançaydan götürür. Kanal dağların ətəyi ilə Culfa rayonunun Yaycı kəndinə doğru axır. Kanal hazırda istifadə edilməkdədir. Sabirkəndin içərisində kanalın fəaliyyətini təmin etmək üçün hündürlüyü bəzi yerlərdə 3-4 metrə çatan dəstək divarları inşa edilmişdir. Divarlar yonulmamış qaya parçalarından hörülərək palçıqla bərkidilmişdir. Divarlar təmir edilmədiyindən hazırda dağılmış vəziyyət dədir. Sabirkənddən keçən hissədə torpaq yumşaq olduğu üçün kanalın içərisinə və divarlarına daş döşənmişdir. Döşəmənin qalıqları yalnız bəzi qismlərdə salamat qalmışdır. Hazırda kanalın içərisinə beton salınmışdır. Tədqiqat zamanı kanalın ətrafından orta əsrlərə aid keramika parçaları aşkar olunmuşdur. Yaycı kanalını XII-XVIII əsrlərə aid etmək olar.