Yayuçı Xanım — türk və altay mifologiyasında yaradıcı tanrıça. Yayguçı və ya Zayaçı (Zayuçı, Dayuçı) Xanım olaraq da tanınır. Uşaq doğmaq üçün insanlara kut (həyat enerjisi) göndərir. Göyün dördüncü qatında yaşayır. Yayguçı sözcüyü eyni zamanda Yayuçı Xanıma bağlı olan yaradıcı ruhların da adıdır. Bu ruhlara Yayaklar (Yayanlar / Yayağanlar) adı da verilir. Tatarlarda Car Cayanı adlı yaradıcı bir ruh vardır.
Yayax — türk və altay xalq inancında və şamanizmində yaradıcı ruhlara verilən addır. "Yayaxlar" olaraq çoxluq şəkildə istifadə edilir. Yayguçının əmrindədirlər. Bu varlıqların daşıdıqları yayları tapılar. Yayın qıvrım iki ucu eynilə hilal kimi öküzün buynuzlarını işarələr. Bunlar da güc deməkdir.
Türklərdə yay müqəddəs bir silahdır və böyük əhəmiyyəti vardır. Göyü simvollaşdırır. Oğuz xan, Bozoxlar deyilən oğullarına qızıl oxatanı üçə bölərək vermişdir. (Digər oğullarına da üç oxları üçə bölmüşdür.) Alqım (Göy qurşağı) "Altı Oxatan" və ya "Altı İpli Oxatan" olaraq düşünülər. Sözün genişlik mənası vardır. Yaz sözü ilə eyni kökdən gəlir. Yay/Cay eyni zamanda yaz deməkdir.
(Yay/Yaz) kökündən törəmişdir. Yaymaq, yaratmaq mənalarını verər. Yaygaru bahar mövsümü deməkdir.
Mifologiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |