Yazı (en. record)
Yazma başcığı (en. record head)– maqnit lent qurğusunda verilənlərin lentdə yerləşdirilməsini təmin edən element. Bəzi maşınlarda yazma başcığı oxuma başcığı ilə bir yerdə olur.
Yazının uzunluğu (en. record length) çox zaman yazını saxlamaq üçün gərəkli olan tutumun baytla ifadəsidir.
Yazının kilidlənməsi (en. record locking)– çoxistifadəçili sistemlərdə: verilənlər bazasının yazılarının bir neçə istifadəçi tərəfindən eyni zamanda dəyişdirməsinin qarşısının alınması metodu. Bu yolla verilənlərin tamlığı təmin olunur. Bax: DATA İNTEGRİTY, LOCKİNG, RECORD.
Yazı nömrəsi (en. record number)– verilənlər bazasında: yazılar qrupunda hər hansı yazını tanıtmaq üçün həmin yazıya mənimsədilmiş bənzərsiz (unikal) ədəd.
Yazının strukturu (en. record structure) – hər bir sahənin parametrlərinin əvəzinə yazını təşkil edən nizamlanmış sahələr siyahısı.
Bu məqalə qaralama halındadır. |