Yazı düzü

Yazı düzü — Azərbaycanın Qubadlı rayonu ərazisində Bazarçay ilə Həkəri çayı arasında yerləşən düz. Ərazidə erməni işğalına qədər heyvandarlıq, buğda, tütün və üzüm əkinçiliyi geniş yayılmışdı[1].

Yazı düzü
Coğrafiyası
Çaylar Bazarçay, Həkəri
Yerləşməsi
39°20′01″ şm. e. 46°38′20″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon Qubadlı
Yazı düzü xəritədə
Yazı düzü
Yazı düzü

Yazı düzündə XIV əsrə aid Cavanşir türbəsi yerləşir[2][3].

Yazı düzünün adı "çöl, geniş düzənlik" mənasını verən qədim türk sözü "yazı" və Azərbaycan dilindən olan "düz" sözünün birləşməsindən əmələ gəlib. Azərbaycan ərazisində "yazı" hissəcikli toponimlərə daha çox rast gəlinir. Məsələn: Ağyazı, Qarayazı, Ağcayazı və digərləri[4].

Qarabağ yaylasının cənub-şərq qurtaracağı olan Yazı düzü ərazidə 450 m-dək enərək maili və dalğalı İncə düzünə keçir[5]. Üçbucaq şəklindədir. Uzunluğu 30–35 km-dir. Üst Pliosenin vulkanogen–prolüvial çöküntülərindən təşkil olunmuşdur. Qışı quraq keçən mülayim isti iqlimi var. Qəhvəyi dağ-meşə torpaqları yayılmışdır. Kserofit dağ kolluqları və quru çöl landşaftı var. Qarabağ münaqişəsinədək heyvandarlıq inkişaf etmişdi, taxıl, tütün və üzüm yetişdirilirdi.[4]

  1. Јазы дүзү // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. V ҹилд: ИталијаКуба. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1981. С. 49.
  2. "Qubadlı rayonunun vandalizmə məruz qalmış abidələri" (az.). Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi . January 16, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 4, 2022.
  3. "Qubadlının tarixi abidələrini və incəsənət xadimlərini birlikdə öyrənək" (az.). nayora.org. December 27, 2020. January 26, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 4, 2022.
  4. 1 2 Yazı düzü // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-156-0.
  5. "Qubadlı rayonu" (az.). biodiversity.az. October 4, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 4, 2022.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]