Yazılararası boşluq

Yazılararası boşluq ( ing. inter-record gap (IRG) ~ ru. промежуток между записями ~ tr. kayıtlararası boşluk) – diskdə və ya lentdə yazılmış verilənlər blokları arasında istifadə olunmamış yer. Disklərdə və lentlərdə olan yazılarası boşluqlar qonşu verilənləri korlamadan yeni verilənlər yazmağa imkan verir. Disklərin və lentlərin sürəti sabit olmadığından, yeni verilənlər əski verilənlərin “düz üstünə” yazılmır. Yazılararası boşluqlar olmasa idi, yeni verilənlər qonşu verilənlərin bir hissəsinin üstünə düşə bilərdi.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.