Yaz xaçgülü

Yaz xaçgülü (lat. Senecio vernalis) — xaçgülü cinsinə aid bitki növü.

Yaz xaçgülü
Elmi təsnifat
Beynəlxalq elmi adı

Qısa morfoloji təsviri[redaktə | mənbəni redaktə et]

Birillik, cavan vaxtı torvari-tüklü və ya yunvari, aşağı hissəyə doğru demək olar ki, çılpaq bitkidir. Kökümsovu milşəkilli, açıq qəhvəyi rənglidir. Gövdəsi (2) 15-60 (80) sm hündürlükdə, düz, çox vaxt tək, boş qalxanvari budaqlanandır. Gövdəətrafı yarpaqlar saplağa daralan, belvari və ya uzunsov-belvari, kənarları seyrək dişli; aşağı gövdə yarpaqları qısa saplaqlı, lələkvaribölümlü, hissələri uzunsov seyrək dişlidir; orta yarpaqlar oturaq, yuxarı yarpaqlar dar hissələrə lələkvari bölünmüşdür. Səbət boş qalxanvari-süpürgəvari çiçəkqrupundadır (nadir hallarda tək çiçək). Sarğı silindrvarizəngvari, 4-7 mm enində, solğun. Dilcikşəkilli çiçəklər qızılı-sarı, sarğıdan 2 dəfə uzundur. Toxumcaları silindrvari, 3 mm uzunluqda; kəkili ağ, toxumcadan 2 dəfə uzundur.[1]

Yayılması[redaktə | mənbəni redaktə et]

BQ bütün rayonlarında arandan subalp qurşağına kimi yayılmışdır. Yovşanlı yarımsəhralarda, çağıl daşlarında, kolluqlarda, qaya töküntülərində, bağlarda, əkin sahələrinin kənarında, zibilli yerlərdə, ev tikililərinin ətrafında, dənizkənarı qumluqlarda bitir.[2]

Mənbə[redaktə | mənbəni redaktə et]

  1. Validə M. Əlizadə, Naibə P. Mehdiyeva,Vüqar N. Kərimov, Aidə Q. İbrahimova BÖYÜK QAFQAZIN BİTKİLƏRİ (Azərbaycan) Bakı 2019
  2. Флора Азербайджана. Баку: Изд. АН Азерб.ССР, 1950-1961, Т. I-VIII.