Bu məqaləni vikiləşdirmək lazımdır. |
Yedəkləmə və düzəltmə (Backup and recovery ) – verilənlər bazasının idarəolunması sistemlərində: aparat və ya proqram xətası nəticəsində verilənlər bazası yararsız hala düşdükdə, sonuncu əməliyyatın (tranzaksiyanın) bərpasını təmin etmək üçün istifadə olunan strategiyadır. Bu proses verilənlər bazasının sonuncu ehtiyat kopiyasından başlayır. Verilənlər bazasının tranzaksiyalar jurnalı (dəyişikliklər faylı) nəzərdən keçirilir və ora yazılmış hər bir tranzaksiya jurnalda olan sonuncu yoxlama nöqtəsinə (CHECKPOINT) uyğun olaraq bərpa edilir.