Yeddi bacı (neft şirkətləri)

Yeddi bacı 1940-cı illərin ortalarından 1970-ci illərin ortalarına qədər dünya neft sənayesində hakim olan Anqlo-Fars Neft Şirkətinin (Anglo-Persian Oil Company) oliqapoliya və ya kartelinə verilən ümumi addır.Adın biznes mühitində istifadəsi 1950-ci illərdə İtalyan dövlət neft şirkəti Eninin rəhbəri olan iş adamı Enriko Mattei tərəfindən populyarlaşdı. Sənaye qrupu aşağıdakılardan ibarət idi:[1][2][3]

  • Anqlo-Fars Neft Şirkəti (hazirki BP)
  • Royal Dutch Shell
  • Standard Oil Company of California (hazirki Şevron)
  • Gulf Oil
  • Texaco
  • Standard Oil Company of New Jersey (sonralar Exxon indi ExxonMobilin tərkibindədir)
  • Standard Oil Company of New York (sonralar Mobil indi ExxonMobilin tərkibindədir)

1973-cü il Neft Böhranından əvvəl Yeddi bacı dünyanın neft ehtiyatlarının 85 faizinə nəzarət edirdi.[4] O vaxtdan bəri, sənayenin üstünlüyü inkişaf etməkdə olan bazar iqtisadiyyatlarında OPEC kartelinə və dövlətlərə məxsus neft və qaz şirkətlərinə keçdi.Bunlara Saudi Aramco, Qazprom (Rusiya), China National Petroleum Corporation, National Iranian Oil Company, PDVSA (Venesuela), Petrobras (Braziliya) və Petronas (Malaziya) daxil idi. Financial Times onları yeni Yeddi bacı adlandırmışdı.[2][5]

Orijinal 7 bacı[redaktə | mənbəni redaktə et]

Şirkət Ölkə Əlavə
Anglo-Iranian Oil Company Böyük Britaniya Bu şirkət sonralar BP oldu.
Gulf Oil ABŞ 1984-cü ildə Şevrona daxil oldu.[6] Gulf Oil-in daha kiçik hissələri BP və Cumberland Farms tərəfindən alınmışdır. ABŞ-nin şimal-şərqindəki xidmət stansiyaları şəbəkəsi hələ də Gulf adını daşıyır.
Royal Dutch Shell Niderland / Böyük Britaniya
Standard Oil of California (SoCal) ABŞ 1984-cü ildə Şevrona daxil oldu
Standard Oil Co. of New Jersey (Esso) Sonralar Exxona (ExxonMobil) çevrildi
Standard Oil Co. of New York (Socony) Sonralar Mobilə (ExxonMobil) çevrildi
Texaco 2001-ci ildə Şevron tərəfindən alındı.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Sampson, Anthony. The Seven Sisters: The Great Oil Companies and the World They Shaped. New York: Viking Press. 1975. ISBN 0-553-20449-1.
  2. 1 2 Hoyos, Carola. "The new Seven Sisters: oil and gas giants dwarf western rivals". Financial Times. 11 March 2007. 19 August 2007 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 October 2013.
  3. "Business: The Seven Sisters Still Rule". Time. 11 September 1978. 13 April 2009 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 24 October 2010.
  4. Mann, Ian. "Shaky industry that runs the world". The Times (South Africa). 24 January 2010. January 27, 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 April 2016.
  5. Vardi, Nicholas. "The New Seven Sisters: Today's Most Powerful Energy Companies". Seeking Alpha. 28 March 2007. 5 April 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 April 2016.
  6. "Company Profile". Chevron.com. 12 April 2010 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 August 2011.