Yeddibürclü qala

Yeddibürclü qala

Yeddibürclü qala — Qazax rayonu ərazisindəki Göyəzən dağınin ətəyində yerləşən qala.

İstehkam dağın sıldırım hissəsinə söykənərək yerli daşdan hörülmüş enli divarlara malikdir. Qala divarında yeddi bürc vardır, ona görə də ona yeddibürclü qala da deyirlər. Divarları və bəzi bürcləri yaxşı qalmışdır. Giriş hissəsi iki bürcün arasında cənub hissədə yerləşmişdir. Qalanın içində müxtəlif təyinatlı tikili qalıqları və su toplamaq üçün qurğular mövcuddur. Qalanın VIII əsrin ortalarında ərəblər, XIII əsrdə isə monqollar tərəfindən tar-mar edildiyi söylənir. Ətrafda qazıntı işləri aparılmışdır.