Yeganə İsmayılova

Yeganə İsmayılova (d. 31 oktyabr 1962, Lənkəran) — filologiya üzrə elmlər doktoru, professor.

Yeganə İsmayılova
Doğum tarixi (61 yaş)
Doğum yeri Lənkəran, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
İxtisası filologiya
Təhsili Azərbaycan Dövlət Pedaqoji Universiteti
Fəaliyyəti Filologiya üzrə elmlər doktoru, professor

Həyat və fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Yeganə İsmayılova 31 oktyabr 1962-ci ildə Lənkəran şəhərində ziyalı ailəsində anadan olmuşdur.

  • 1969-1979-cu illərdə Lənkəran şəhərində yerləşən 2 saylı orta məktəbdə təhsil almışdır.
  • 1979-1983-cü illərdə APİ-nin filologiya fakültəsində təhsil almışdır.
  • 1989-1993-cü illərdə Bakı şəhərində yerləşən 14 saylı, 1993-1999-cu illərdə 286 saylı orta məktəbdə müəllim,
  • 1999-2005-ci illərdə «Dədə Qorqud» ETL-də elmi işçi vəzifələrində çalışmış,
  • 2005-ci ildən bugünədək Azərbayjan ədəbiyyatı tarixi kafedrasında professor vəzifəsində fəaliyyət göstərir.[1]

Ailəlidir, 2 övladı var.

Təhsili, elmi dərəcəsi

[redaktə | mənbəni redaktə et]
  • 1983-cü ildə APİ-nin filologiya fakültəsini bitirib.
  • 2002-ci ildə namizədlik dissertasiyası müdafiə edib. Mövzu: ««Koroğlu» dastanında obrazlar sistemi»
  • 2014-cü ildə «Kitabi-Dədə Qorqud» dastanları və yazılı ədəbiyyat» mövzusunda doktorluq disssertasiyası müdafiə edib. Filologiya üzrə elmlər doktoru, professorudur.[1]

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]
  • 1989-1993-cü illərdə Bakı şəhərində yerləşən 14 saylı orta məktəbdə,
  • 1993-1999-cu illərdə 286 saylı orta məktəbdə müəllim,
  • 1999-2005-ci illərdə «Dədə Qorqud» ETL-də elmi işçi vəzifələrində çalışmışdır.
  • 2005-ci ildən BDU-nun filologiya fakültəsinin Azərbayjan ədəbiyyatı tarixi kafedrasında fəaliyyət göstərir. «Ədəbi məktəblər», «Ədəbiyyatın tədrisi metodikası» ,"XIX əsr Azərbaycan ədəbiyyatı" "XX əsrAzərbaycan ədəbiyyatı","Ədəbiyyatşünaslığa giriş", "Ədəbiyyat nəzəriyyəsi " fənlərini tədris edir.

81 elmi məqalənin, 3 monoqrafiyanın müəllifi, 2 kitabın tərtibçisidir. 24 beynəlxalq və respublika konfransının iştikraçısıdır.[1]

Seçilmiş əsərləri

[redaktə | mənbəni redaktə et]
  • 2002, "Koroğlu" dastanının Azərbaycan nəşrləri, məqalə. Folklorşünaslıq məsələləri, 4-cü buraxılış, Bakı, səh. 186-191
  • 2003, Epik ənənənin varisliyi «Kitabi Dədə Qorqud və «Koroğlu» eposu // Heydər Əliyev və Azərbayjan filologiyası. BDU-nun nəşri. Bakı.
  • 2004, "Bulud Qaraçorlu Səhəndin poemalar silsiləsi- "Sazımın sözü" ". Azərbaycan filologiyasının aktual problemləri. Bakı. səh. 156
  • 2005, M.Rzaquluzadənin yaradıcılığında "Kitabi Dədə Qorqud" mövzusu. Dil və ədəbiyyat. Bakı. Səh 153-154
  • 2006, Ə.Dəmirçizadənin yaradıcılığında Dədə-Qorqud motivləri. məqalə. Dünyaya baxış jurnalı. Səh. 183-190
  • 2007, Ə.Dəmirçizadənin yaradıjılığında «Dədə Qorqud» motivləri // «Dünyaya baxış», Elmi-nəzəri, praktik curnal, Bakı. № 7.
  • 2007, Rzaquluzadənin yaradıjılığında «Kitabi-Dədə Qorqud» mövzusu // «Dil və ədəbiyyat», Bakı. №5 (59)
  • 2008, «Yuğ» teatrında «Dədə Qorqud» mövzusu // «Dil və ədəbiyyat», Bakı-2007, №6 (60)
  • «Görkəmli elm xadimi, maarifçi- ziyalı, müqtədir yazıçı (Mir Cəlal)» // «Yazıçı və zaman», Bakı. Elmi konfr. mater.
  • 2009, Anarın yaradıcılığında "Kitabi-Dədə Qorqud" motivləri. Dil və ədəbiyyat jurnalı. Bakı. N 2. səh. 277-278.
  • 2010, "Dədə Qorqud" motivləri nəsrdə milli özünü-təsdiq vasitəsi kimi. məqalə. Dil və ədəbiyyat. Bakı, s. 146-149
  • 2010, "Dədə Qorqud" kitabı və Azərbaycan yazılı ədəbiyyatının inkişafı məsələləri. məqalə. "Dədə Qorqud" jurnalı. s. 27-34
  • 2010, "Kitabi Dədə Qorqud" povesti Anar yaradıcılığının zirvəsidir. məqalə. Bakı Universiteti xəbərləri. Humanitar elmlər seriyası. N 3. s. 34-42.
  • 2010, "Kitabi Dədə Qorqud" eposu və Anarın "Dədə Qorqud" povesti. AMEA Məruzələr. s. 140-145.
  • 2010, Müasir nəsrdə "Dədə Qorqud" motivlərinin başlanğıcı: milli-mənəvi istiqamət. məqalə. AMEA Folklor İnstitutu. Azərbaycan Şifahi Xalq ədəbiyyatına dair tədqiqlər. Bakı. s. 20-32.
  • 2010, "Dədə Qorqud" motivləri. M.Rzaquluzadə yaradıcılığında milli-mənəvi idealların ifadəsi kimi. AMEA Folklor İnstitutu. Azərbaycan Şifahi Xalq ədəbiyyatına dair tədqiqlər. s. 16-25.
  • 2011, "Dədə Qorqud" eposu və müasir Azərbaycan ədəbiyyatı problemləri stanilizm repessiyaları kontekstində. Bakı Universiteti xəbərləri. Humanitar elmlər seriyası.N 1. S. 52-61.
  • 2011, "Kitabi- Dədə Qorqud" müasir Azərbaycan ədəbiyyatının ilkin qaynağı kimi. məqalə. ADPU-nun Xəbərləri. Bakı, N 1. s.205-211.
  • 2011, Əhmədağa Muğanlının yaradıcılığında "Dədə Qorqud" motivləri. məqalə. Dil və ədəbiyyat. N 1. s.120-124.
  • 2011, "Dədə Qorqud" dastanları və müasir Azərbaycan ədəbiyyatı probleminin ümumnəzəri əsasları. Bakı Avrasiya Universiteti, Qloballaşma şəraitində humanitar elmlərin aktual problemləri Respublika elmi-praktik konfransının materialları. Bakı. s.341-342.
  • 2011, "Kitabi - Dədə Qorqud" dastanları və müasir Azərbaycan ədəbiyyatı problemlərinin ümümnəzəri əsasları. məqalə. Dil və ədəbiyyat. Bakı. s.146-148.
  • 2011, "Kitabi - Dədə Qorqud" mövzuları Azərbaycan şifahi xalq ədəbiyyatında. məqalə. Bakı Slavyan Universiteti, "Azərbaycanşünaslığın aktual problemləri" II Beynəlxalq elmi konfransın materialları. I hissə. Bakı-gəncə. s. 571-576
  • 2011, "Kitabi - Dədə Qorqud" və çağdaş Azərbaycan şeiri. Abbas Zamanovun 100 illik yubileyinə həsr olunmuş "Müasir Azərbaycan filologiyası: axtarışlar, problemlər, perspektivlər" mövzusunda Respublika elmi Konfransı. Bakı. s. 219-231.
  • 2011, "Kitabi - Dədə Qorqud" motivləri M.Rzaquluzadə yaardıclığında milli-mənəvi ideyaların ifadəsi kimi. məqalə. AMEA Folklor İnstitutu, Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər. XXVIV. Bakı. s. 20-33.
  • 2011, "Kitabi - Dədə Qorqud" və müasir Azərbaycan ədəbi düşüncəsi. monoqrafiya. Bakı: Elm. 369 s.
  • 2012, "Dədə Qorqud" motivləri K.Abdullanın dramaturji yaradıcılığında. məqalə. Humanitar elmlərin öyrənilməsinin aktual problemləri. Bakı. N 1. s. 90-99.
  • 2012, "Kitabi - Dədə Qorqud" dastanları əsasında hazırlanmış tamaşalar. məqalə. Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər. XXXIX. Bakı. s. 96-105.
  • 2012, "Kitabi - Dədə Qorqud" motivləri və müasir Azərbaycan dramaturgiyası. Pedaqoji Universitet Xəbərləri. Bakı. N 2. s. 273-277.
  • 2012, "Kitabi - Dədə Qorqud" və çağdaş Azərbaycan şeirində K.Abdulla "Gizlinləri". məqalə. AMEA, məruzələr. N 1. s.183-193.
  • 2013, "Dədə Qorqud" dastanları və müasir Azərbaycan ədəbiyyatı probleminin tədqiqində "Folklor və yazılı ədəbiyyat" münasibət modeli. tezis. "Azərbaycanşünaslığın aktual problemləri" Ümummilli lider H.Əliyevin 90 illik yubileyinə həsr olunmuş IV Beynəlxalq elmi konfransın materialları. s. 258-260.
  • 2013, Altay Məmmədovun "Dəli Domrul" pyesində XX əsr sovet ideoloji ehkamlarının inikası. məqalə. Bakı Universitetinin Xəbərləri. N 4. s. 18-27.
  • 2014, Ə.Dəmirçizadənin "Dədə Qorqud" librettosu və "Qaraca çoban" pyesində oğuz xalqının milli birlik və vəhdəti ideyaları. məqalə. AMEA-nın xəbərləri. N 1. s.170-175.
  • 2014, N.Xəzrinin dramaturgiyasında "Dədə Qorqud" motivləri ("Burla Xatun" pyesi üzrə). məqalə. BDU-nun xəbərləri. N 1. s. 18-27.
  • 2015, "Kitabi-Dədə Qorqud"un Azərbaycan cəmiyyətinə "gəlişi" tarixi və "yasaq" dövrü. məqalə. AMEA-nın Nizami ad. Ədəbiyyat Məcmuəsi xüsusi buraxılış. XXVI cild. s.27-33.
  • 2015, "Kitabi-Dədə Qorqud" müasir Azərbaycan ədəbiyyatının qaynağı kimi. məqalə. BDU-nun Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasında beynəlxalq elmi konfrans. s.55-65.
  • 2015, "Filologiya problemləri" jurnalında. Moskva.
  • 2016, "Filologiya problemləri" jurnalında. Moskva. Aktualniy problemi qumanitarnix i estestvennix nauk. "Dədə Qorqud" dastanları postmodernist roman düşüncəsində.
  • 2016, "Kitabi - Dədə Qorqud" dastanları mifdən yazıya keçidi yaradan "Körpüdür" akademik K.Abdulla. məqalə. Ulu öndər H.Əliyev irsində multikultural və tolerant dəyərlər// Beynəlxalq Elmi Konfransın materialları. s. 47-52.
  • 2016, "Dədə Qorqud" motivləri nəsrdə - Anar yaradıcılığında milli özünütəsdiq vasitəsi kimi. məqalə. "Azərbaycan filologiyası: inkişafın yeni mərhələsi" mövzusunda Respublika elmi konfransının materialları. s. 253-256.
  • 2016, N.Xəzrinin yaradıcılığında "Dədə Qorqud" ideya və motivləri. məqalə. Bakı Universitetinin Xəbərləri. N 1. s. 27-41.
  • 2016, "Dədə Qorqud" eposunun Azərbaycan ədəbiyyatında tədqiqi məsələləri və dastanın "Yasaq" dövrü. məqalə. Az.Resp. Prez. yanında Bilik Fondu AMEA Nizami ad. Ədəbiyyat İmstitutu, AMEA Folklor İnstitutu, Epos və etnos. Beynəlxalq Elmi Konfransın materialları. s. 422-428.
  • 2003, «Koroğlu» dastanında obrazlar sistemi // Bakı. «Nurlan». (173 səh.). Monoqrafiya
  • 2003, «Koroğlu» dastanı // Bakı. «Nurlan». 418 səh. (kitabın tərtibçisi).
  • 2011, "Kitabi Dədə Qorqud dastanları və müasir Azərbaycan ədəbi düşüncəsi"// Bakı. "Elm". (monoqrafiya)
  • 2013, "Kitabi - Dədə Qorqud dastanları şifahi, qədim, orta və müasir Azərbaycan ədəbiyyatında". BDU nəşri, monoqrafiya.[1]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]