Yeji Yaxolkovski

Yeji Yaxolkovski — polyak mənşəli Cənubi Afrika Respublikası dizayneri və arxitektoru.

Corc Yaxolkovski
George Jaholkowski
Doğum tarixi
Doğum yeri Bakı, Rusiya imperiyası
Vəfat tarixi (64 yaşında)
Vəfat yeri Keyptaun, Cənubi Afrika Respublikası CAR
Təhsili École des Beaux-Arts, Paris (1936-1939)

1914-cü ildə Bakıda polyak ata və rus-fransız ananın övladı kimi doğulmuşdur. Ailəsi 1919-cu ildə Polşaya köçmüşdür. Varşava universitetindəParisdə oxumuş, 1939-cu ildə arxitektor diplomunu almışdır. İkinci Dünya Müharibəsi illərində partizan hərəkatına qoşulmuş Yaxolkovski 1940-cı ildə həbs olunaraq qatarla SSRİyə aparılmışdır. Yolun yarısında qatardan düşüb qaçan Yaxolkovski bu dəfə də almanların əlinə düşmüş, oradan da qaçaraq İngiltərəyə getmişdir. Daha sonra yenidən Polşaya gizli yollarla qayıtmışdır. Yaxolkovski polyakca, fransızca, ingiliscə, almanca və rusca bilirdi.

1948-ci ildə yenidən İngiltərəyə qayıtmış və evlənmişdir. 1955-ci ildə Cənubi Afrika Respublikasına köçərək orada yaşamağa başlamışdır. Burada metaldan hazırlanmış işləri sərgilənmiş, arxitektorluqdan dizaynerliyə keçmişdir. Əsərləri auksionlarda satılmışdır.

1979-cu ildə 65 yaşında vəfat etmişdir.[1]