Yekaterina Ulanova — rus qadın voleybolçu. Liberodur. Dinamo Kazan klubunda karyerasını davam etdirir, 2005-ci ildən Rusiya millisinin üzvüdür.
Yekaterina Ulanova | |
---|---|
Şəxsi məlumatlar | |
Tam adı | Ekaterina Vadimovna Ulanova |
Doğum tarixi | |
Doğum yeri | İvanovo Rusiya |
Vətəndaşlığı | rus |
Voleybolçu məlumatları | |
Boyu | 1.76 m |
Çəkisi | 61 kq |
Zərbəsi | 298 sm |
Bloku | 290 sm |
Mövqeyi | Libero |
Karyerası | |
Komandası | Dinamo Kazan |
Nömrəsi | 14 |
Klub karyerası | |
2003–2004 2004–2006 2006–2007 2007–2009 2009–2010 2010– |
Olimpiya Suja Dinamo Moskva ÇSKA Moskva Leninqradka Dinamo Krasnodar Dinamo Kazan |
Milli komanda karyerası | |
2005– | Rusiya |
Yekaterina Ulanova peşəkar karyerasına ölkəsinin Olimpiya Suja komandasında başlamışdır. Bir mövsüm burada oynadıqdan sonra Rusiya voleybolunun flaqmanı sayılan Dinamo Moskvaya transfer olunmuşdu. Burada Rusiya superliqasını bir dəfə başı üzərinə qaldıran voleybolçu daha sonra sırası ilə ÇSKA Moskva, Leninqradka, Dinamo Krasnodar klublarının şərəfini qormuşdur. 2010-cu ildə Dinamo Krasnodarla müqavilə müddəti bitdikdən sonra yenə də ölkə xaricinə çıxmamış, başqa bir Dinamo klubu Dinamo Kazanla sözləşmə imzalamışdı.[1]
Karyerasının ən rəngarəng vaxtlarını Dinamo Kazanda keçirən Ulanova burada şəxsi rekordlarına da imza atdı. Kluba transfer olunduğu ilk, 2010-11 mövsümündən başlayaraq komanda ilə ard-arda dörd dəfə ölkə çempionatının qızıl medalını boynuna asan Ulanova bunun yanında da 2013-14 mövsümündə CEV Qadınlar Çempionlar Liqasını, 2014-cü ilin yayında isə Klublararası dünya çempionatını qazanmışdır.[2] Adı çəkilən son turnirdə "Ən Yaxşı Libero" adına da layiq görülmüşdü.[3]
Milli komandaya tez-tez dəvət alan fərasətli libero Rusiya yığması ilə bir çox titul əldə etmişdir. İlk olaraq voleybolçu 2005-ci ildə Voleybol üzrə qadınlararası Avropa çempionatının qızıl medalını qazanan Rusiya yığmasının heyətində yer almışdır. 2007-ci ildə eyni turnirin bürünc medalını, 2 il sonra isə Dünya Qran Prisinin gümüş medalını qazanmışdır. 2010-cu ildə isə Ulanova heç vaxt unutmayacağı bir sevinc yaşamışdı. Belə ki, liberosu olduğu Rusiya milli komandası 2010-cu ilin dünya çempionatını qazanmışdı. Bütün bu uğurlardan başqa voleybolçu 2008 və 2012-ci illərdə də milli komanda ilə birlikdə Yay Olimpiya Oyunlarındada iştirak etmişdir.[4]