Yel Ana - türk, altay, tatar ve macar mifologiyasında külək tanrıçası. Cel (Çel, Şil, Cil) Ana da deyilir. Macar mifologiyasında Szel Anya (Yel Ana) olaraq bilinər. Köhnədən həyati ünsürlərdən biri sayılan havanın hərəkətli halı olan yel üçün qəbul edilən canlılıq məzmunu daha sonra ruh, cin kimi anlayışları da çağrıştırmaya başlamışdır. Macarlara görə dünyanın sonundakı böyük bir dağda olan bir mağarada yaşar və bu mağaranın ətrafında güclü fırtınalar dönər. Bu mağaranı qoruyan Yel Ana özü güclü bir qasırğa olub əsər.
"Yel / Yil" sözü, türk tayfalarının bir çoxunda külək mənasının yanında "pis ruh, zərər verici varlıq" mənasında istifadə edilər. Məsələn xaqas və teleğütlerde "Çil" şəkliylə "pis ruh"ları ifadə edir. Bu anlayış, Anadoluda olduğu kimi, Azərbaycanda da insan orqanlarına yayılan ağrı və sızıları izah edər. Bu ağrı, sızı və xəstəliklərin, müəyyən bir şeytani gücdən qaynaqlandığı düşünülür. İnsan bədənini qucaqlayan pis ruhlar, orada ağrı və sızı meydana gətirərlər.
(Yel/Yil/İl/Zel/Cel) kökündən törəmişdir. Esinti mənası vardır. Havanın yer dəyişdirməsi səbəbiylə meydana gələn axın. Ruh, can, sirr kimi anlamlarla eyni kökdən qaynaqlanır. Külək, esinti deməkdir.
Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.