Yelbis - türk və altay mifologiyasında dağ qızları. Yelbiz də deyilir.
Müqəddəs dağın iki qızına verilən addır. Bu dağın adı isə Yalbuz və ya Albuzdur. İran mifologiyasında Elbürz dağı deyilər. Yelbiz sözü eyni zamanda ruh, cin kimi mənalara gəlir. Yelbi adı verilən müqəddəs gücə sahibdirlər. Altaylılar "Abu Kaan" dağının qızlarına bu adı verərlər. Onlar, "Yelbi" deyilən gücə sahib olduqlarını üçün bu adı almışlardır. X və XI əsrlərdəki gürcü mənbələrində Qafqaz dağlarının adı "Yalbuz-Albuz" olaraq keçər. Bu adlar Altay şamanizmindeki dağ iyesinin qızlarının adını xatırladır.
Aşılmaz yüksəkliyə malikdir. Ətrafı sularla çevrilidir. Yaxın Şərq mədəniyyətlərinin təsirində Qaf dağı daha çox önə çıxmışdır. Pəri qızlarının yaşadığı məkan olaraq qəbul edilir. Yalbuz sözü, atəş mənası ehtiva edər.
(Yel/Yil/İl) kökündən törəmişdir. Ruh, can, sirr kimi anlamlarla eyni kökdən qaynaqlanır. Yaluy sözü cadu, tilsim deməkdir.
Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.