Yelena Haqverdiyeva — Azərbaycan rəssamı, Azərbaycanın əməkdar rəssamı (2018), Azərbaycan Rəssamlar İttifaqının üzvü (1997).
Yelena Haqverdiyeva | |
---|---|
Doğum yeri | SSRİ→ Azərbaycan |
Vətəndaşlığı | SSRİ→ Azərbaycan |
Fəaliyyəti | rəssam |
Janr | Rəssamlıq |
Yelena Haqverdiyevanın yaradıcılığında qadınlar mövzusu, milli geyimlər, qurama, əsas yer tutur. Həmçinin Qacar üslubunun təsirdə duyulur.
1982-1987-ci illərdə Azərbaycan pedaqoji institutunda təhsil alıb[1].
1997-ci ildən başlayaraq Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.
Rəssamın əsərləri Azərbaycanda, Fransada, Almaniyada, Rusiyada, Böyük Britaniyada, Türkiyədə, ABŞ-də şəxsi sərgilərdə saxlanılır. Həmçinin xarici ölkələrdə keçirilən müxtəlif sərgilərin iştirakçısı olub. Muzeyimizdə nümayiş etdirilən “Günəşli xoş bir gün” əsərində rəssam soyuq bir qış günündə həsrətini çəkdiyi isti yayı təsvir edib.
27 may 2018-ci ildə Azərbaycanın əməkdar rəssamı fəxri adına layiq görülmüşdür.[2]