Yelena İvanovna Yejova (rus. Еле́на Ива́новна Ежо́ва; 1793, Sankt-Peterburq – 1853, Sankt-Peterburq[1][2])— Rus teatr aktrisası. Yejova Sankt-Peterburq İmperator Truppasının artisti, opera müğənnisi (soprano və mezzo-soprano) və dramatik aktrisa idi.
Yelena Yejova | |
---|---|
rus. Еле́на Ива́новна Ежо́ва | |
Doğum tarixi | 1793 |
Doğum yeri | |
Vəfat tarixi | 1853 |
Vəfat yeri | |
Milliyyəti | rus |
Vətəndaşlığı | |
Fəaliyyəti | opera müğənnisi, aktrisa |
Amplua | komik aktrisa |
Teatr | Böyük teatr (Sankt-Peterburq) |
Birinci dəfə nigaha daxil olduqda Qluxareva, ikinci evlilikdə isə Quseva soyadını daşıyıb.[3]
Yelena Yejova 1793-cü ildə Sankt-Peterburqda anadan olub. Bəzi lüğətlərdə səhv olaraq onun doğum tarixi 1787-ci il kimi göstərilir, lakin bu onun bacısı Yekaterinanın anadan olduğu ildir.[3][4][5] Onun doğma böyük bacısı Yekaterina Yejova da onun kimi eynilə Sankt-Peterburq truppasının dramatik aktrisası idi. Həmçinin onunla bərabər eyni səhnədə başqa bir bacısı Mariya (Marya) Yejova da çıxış edib.[6]
Yelena İvanovna Yejova da bacıları kimi ailəsi tərəfindən Sankt-Peterburq Teatr Məktəbinə oxumağa göndərilib. O, hələ tələbə olarkən səhnəyə ilk dəfə 1806-cı ildə çıxıb. İlk dəfə səhnədə Yelena M.M.Sokolovskinin "Dəyirmançı - sehrbaz, aldadıcı və ovçu" operasından Fetinya rolunu ifa edib. 1809-cu ildə Yejova dram məktəbini bitirdikdən dərhal sonra Sankt-Peterburq İmperator Truppasının opera hissəsinə qəbul edilib. Akademik opera rollarından əlavə, Yelena Yejova xalq mahnılarınının da mahir ifaçısı olub. Bütün yaradıcılığı boyu o, "Bolşoy Kamennı Teatrı"nın səhnəsində çıxış edib. O, orada əvvəlcə opera müğənnisi kimi, yaşa dolduqda isə (1820-ci illərdə) tamamilə dramatik rol ifaçısı kimi çalışıb.[5]
O, komik rolda dramatik aktrisa idi. Səhnədə Yelena əsasən adi insanların obrazlarını yaradırdı. Onun repertuarında əsgərlər, aşpazlar, dayələr, aşiqlər, qəzəbli qadınların obrazları üstünlük təşkil edirdi. Dövrün tənqidçiləri aktrisanın istedadının fərqli xüsusiyyətlərini "xarici ifadəliliyini, tonun səmimiliyini, nitq intonasiyalarının zənginliyi"ni xüsusi fərqləndirirlər. Onlar Yelenanın tipik dram aktrisası olduğunu açıq şəkildə vurğulayırlar. Onun Rusiyada dramatik rola ifaçısı olan aktrisaların sonrakı nəsillərinə təsirini qiymətləndirərək onların yaradıcılığında böyük yer tutduğunu yazırlar. Y.N.Linskaya, M.M.Aleksandrova, V.V.Strelskaya kimi bir sıra böyük sənətkarlar qadın komik rollarını ifa edərkən Yejovanın ənənələrinə davam edirdilər.[3]
Puşkarevin “Sankt-Peterburqun təsviri” tarixi kolleksiyasında Yejova Sankt-Peterburq İmperator Truppasının ən yaxşı aktrisalarından biri kimi qeyd edilib. Onun başına gələn əhvalatlardan biri XIX əsrin əvvəllərində imperator truppasının aktyorlarına olan münasibəti çox simvolik şəkildə göstərir. Belə ki, bir tərəfdən, imperiya Avropa mədəniyyətini, o cümlədən teatr mədəniyyətini Rusiyaya tanıtmaq üçün hər şeyi edirdi. Xüsusilə uğurlu aktyorlar xalqın kumirinə çevrilir və hərbi qəhrəmanlardan heç də pis olmayan məşhurluq qazanırdılar. Amma digər tərəfdən onların ictimai quruluşda yeri aydın müəyyən edilmişdi və bu yer sosial pillənin çox aşağısında idi. İmperator teatrları yanında teatr məktəbi onların intellektual inkişafı üçün heç bir iş görmürdü - sənətçilər çox vaxt oxumağı və yazmağı çətinliklə bacarırdılar və yazılı mətni mənimsəyə bilmədiklərindən rolları eşidərək öyrənirdilər. Aktrisa Elena Yejova ilə vəziyyətdə eyni idi və bu öz dövrü üçün olduqca adi hal sayılırdı. Günlərin bir günü o, artıq ahıl yaşında imperator teatrlarının direktoru A.Qedyonovun yanına gəlir və özü üçün benefines tamaşası istəyir. Qeyd edək ki, o zamanlar aktyorlar özü benefines tamaşasını hazırlayırdı. Onlar şəxsən tamaşanı seçir və adətən əsas rolu oynayırdılar. Öz seçdikləri başqa ifaçıları dəvət edir və tamaşadan gələn bütün gəliri alırdılar. Qedyonov o vaxta qədər imperiya truppasının müxtəlif teatrlarında çalışan aktrisaya cavab verir ki, ondan yazılı müraciət olmadan heç bir qərar verə bilməz. Oxuyub-yazmağı bacarmayan aktrisa bu müraciəti çətinliklə yazır. Özündən razı direktor ərizəyə “Rədd et” dərkənarı qoyur. Yarı savadlı qadın yazılanları dərhal başa düşmür və benefisini hazırlamaq üçün gedir. Yalnız bir müddət sonra aktyorlar məmurun yazdığı qətnaməni oxuyurlar. Belə alçaldıcı hərəkətlər dövr üçün qeyri-adi hal deyildi deyildi.[7]
Ümumilikdə, Yelena Yejova 40 ildən çox Sankt-Peterburq imperiyateatrının səhnəsində xidmət etmişdir. O, Suxoninin “Rus toyu” komediyasında oynayarkən səhnədə vəfat edib.[3] Katerino Kavosun musiqi repertuarını ifa etmişdir.[3][8][5]