Yelo Bank — Azərbaycanda fəaliyyət göstərən kommersiya bankı. Bank həm fiziki, həm də hüquqi şəxslərə xidmət göstərir. 28 ildən çoxdur ki, fəaliyyət göstərən Yelo Bank Lukoyl Azərbaycan ilə birgə əməkdaşlıq çərçivəsində bank sektorunda ilk özünəxidmət mərkəzini istifadəyə verib. "Caspian Energy Club" tərəfindən təşkil olunmuş "Caspian Business Award 2021" beynəlxalq mükafatının təqdimat mərasimində Yelo Bank "İlin bankı"ı seçilib. Bank həmçinin Capital Finance International (CFI.co) tərəfindən "Ən İnnovativ Korporativ Rebrendinq Strategiyası — Azərbaycan 2020" nominasiyası qalib seçilib.
Yelo Bank | |
---|---|
Ümumi məlumatlar | |
Tipi | Açıq Səhmdar Cəmiyyət |
Sənaye | Bank sektoru |
Məhsulları | İstehlak və biznes kreditləri, depozit, pul köçürməsi, ödəniş kartları |
Təsis tarixi | 25 fevral 1994 |
Struktur | |
İşçi sayı | 900-dan çox |
Rəhbərlik | |
Rəhbərlik |
İdarə Heyətinin sədri Anar Həsənov |
yelo.az |
1994-cü ildən fəaliyyət göstərən Yelo Bank ilk olaraq "Ülpər" kommersiya bankı kimi fəaliyyətə başlayıb. Daha sonra 2002-ci ildə rebrending edərək "Nikoil Bank" adlandırılıb. 2019-cu ildə hazırda da istifadə olunan Yelo Bank adına rebrending edilib. Bankın yeni adı Yelo – ingilis sözü Yellow-nun (sarı) sadələşdirilmiş formasıdır. Yeni ad göstərilən bank xidmətlərinin fərqli bir yanaşmasını, rəngarəngliyini, rahatlığını simvolizə edir və "Parlaq Bankçılıq" şuarı altında həyata keçir.
Hazırda "Yelo Bank" ASC-nin 4-ü regionda olmaqla (Salyan, Gəncə, Lənkəran, Bərdə) ümumilikdə 13 filialı var.[1]. Bankın Baş ofisi Bakı şəhərində, Həsən bəy Zərdabi 81K ünvanında yerləşir. Bankda müştərilərə pərakəndə və biznes xidmətləri göstərilir, habelə mobil bankçılıq, internet bankçılıq, onlayn kredit, onlayn növbə sifarişi, onlayn ödəmə kimi məsafədən xidmətlər də mövcuddur.
Yelo Bank aşağıdakı peşəkar təşkilat və sistemlərin üzvüdür:
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |