Yeni Ümid

Braziliya Qara Cəbhəsi (port. Frente Negra Brasileira) — Braziliyada zənci hərəkatının bir hissəsi olub, ölkənin ilk qara siyasi partiyası.

Yaranması üçün zəmin

[redaktə | mənbəni redaktə et]

1920–1930-cu illərdə Braziliyada kapitalizmin inkişafı aqrar əsaslara zərbə vurdu. Artan milli hisslər, tədricən baş verən sənayeləşməurbanizasiya siyasi transformasiyalara səbəb oldu. Bu yeniliklərdən biri də yerli zəncilərin ilk qəzeti olan "Klarim d`Alvorada"nın (Clarim d’Alvorada) idi. Afro-braziliyalılar hələ 1888-ci ildə ləğv edilmiş quldarlığın nəticələri ilə mübarizə aparırdı. İqtisadi imkanların, təhsil səviyyəsinin və hüquqların aşağı səviyyədə olması isə onların cəmiyyətdə tam iştirakına maneçilik törədirdi.

Braziliya Qara Cəbhəsinin San-Pauloda iclası. təx. 1932-ci il.

Braziliya Qara Cəbhəsi 16 sentyabr 1931-ci ildə San-Pauloda yaradılmış və zəncilərin cəmiyyətdə tam iştirak hüquqlarını tələb edən ilk afro-braziliya təşkilatı olmuşdur. Mənzil-qərargahı San-Pauloda yerləşən təşkilatın şəbəkəsi tezliklə ölkə ərazisinə yayılmışdır. Onun mürəkkəb strukturuna prezident, sədr, katib və köməkçi şura aid idi. Frentenin rəsmi qəzeti — "İrqin səsi" (A Voz da Raça) 18 mart 1933-cü ildə fəaliyyətə başlamışdır.

Fəaliyyətinə son qoyulması

[redaktə | mənbəni redaktə et]

Siyasi çevriliş yolu ilə hakimiyyətə gələn prezident Jetuliu Varqasın fəaliyyəti tezliklə Braziliyanın zənci əhalisinin maraqlarına zərbə vurmağa başladı. Solçu və sağçı radikal qüvvələr rejimə təhlükə törətdiyindən və 1935-ci ildə uğursuzluqla nəticələnmiş kommunist çevrilişi cəhdindən sonra Varqas yeni siyasi istiqamət — "Yeni Dövlət" (Estado Novo, 1937–1945) elan etdi. Siyasi hakimiyyətin təmərküzləşməsi və vətəndaş hüquqlarının məhdudlaşdırılması fonunda Braziliya Qara Cəbhəsi 1937-ci ildə qanundan kənar elan olundu. Təşkilatın Braziliya Qara Birliyi (União Negra Brasileira) adı altında fəaliyyəti isə 1938-ci ilin mayına qədər davam etdi.

Braziliya Qara Cəbhəsinin fəaliyyəti ölkə tarixində ilk dəfə olaraq afro-braziliyalıların böyük kütlələrinin təşkilatlanaraq öz hüquqları uğrunda mübarizə aparması baxımından əhəmiyyətlidir. Frente təhsil, əməkdaşlıq və həmrəylik əsasında milli inteqrasiyanın pionerlərindən sayılır.

  • Kimberly Jones-de-Oliveira, "The Politics of Culture or the Culture of Politics: Afro-Brazilian Mobilization, 1920–1968," Journal of Third World Studies, v. 20, part I (2003)
  • Elizabeth Marchant and Fernando Conceição, "An Interview with Fernando Conceição," Callaloo, v.25, n.2 (Spring 2002)
  • Quintard Taylor, "Frente Negra Brasileira: The Afro Brazilian Civil Rights Movement, 1924 1937," Umoja: A Scholarly Journal of Black Studies 2:1 (Spring, 1978)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]