Yeni Kaledoniya bayrağı — Yeni Kaledoniyanın regional bayrağı
Yeni Kaledoniya bayrağı | |
---|---|
Təfərrüatlar | |
İstifadə edən(lər) | Yeni Kaledoniya |
Qəbul edilib | 15 fevral 1794-cü il (Fransa bayrağı) / 13 iyul 2010-cu il (Yeni Kaledoniya bayrağı (KSMLF))[1] |
Proporsiya | 2:3 (Fransa bayrağı) / 1:2 (Yeni Kaledoniya bayrağı) |
Vikianbarda əlaqəli mediafayllar |
Yeni Kaledoniyanın regional bayrağı eni uzunluğunun yarısı qədər olan düzbucaqlı şəklindədir. Üfüqi olaraq üç zolağa bölünür - mavi, qırmızı və yaşıl. Mavi rəng suları, ölkəni yuyan səmanı və okeanı təmsil edir. Qırmızı rəng kanakların azadlıq mübarizəsində göstərdiyi fədakarlıqları təmsil edir, həm də harmoniya və kollektivizmi ifadə edir. Yaşıl rəng ölkənin özünü və əlavə olaraq onun əcdadlarını təmsil edir. Sarı rəngli oval günəşi, çevrədə təsvir edilən emblem isə kanak evlərini bəzəyən bir şili təmsil edir.[2]
Yeni Kaledoniya bayrağı Azərbaycan bayrağı ilə oxşar təsvirlərə malikdir.[3]
2010-cu ilə qədər Yeni Kaledoniyanın milli bayrağı 19-cu əsrin ortalarından etibarən adaları xarici mülkiyyəti elan edən Fransanın bayrağı idi.[4]
1984-cü il dekabrın 1-də qəbul edilmiş və əvvəllər qeyri-rəsmi olan Kanak Sosialist Milli Azadlıq Cəbhəsinin (KSMLF) bayrağı 2010-cu il iyulun 17-də Yeni Kaledoniyanın rəsmi bayrağı statusunu aldı. Bu bayraq quruda və suda Fransa bayrağı ilə yanaşı istifadə olunur.[5]