Yeni il Hindistanda — Hindistanda təntənə ilə qeyd olunan bayram.
Bu ölkədə Yeni ili müxtəlif cür qarşılayırlar. Ölkənin şimal əhalisi özlərini ağ, qırmızı, cəhrayı və bənövşəyi çiçəklərlə, mərkəzində isə evləri bənövşəyi bayraqlarla bəzəyirlər. Qərbdə evlərin damında od qalayırlar. Bayram ərəfəsində analar böyük qablara uşaqlar üçün hədiyyələr, şirniyyatlar və gül qoyurlar. Yeni ilin ilk günü səhər uşaqları gözübağlı nimçəyə yaxınlaşdırırlar ki, onlar özlərinə hədiyyə seçsinlər.