Yeqor Krasilnikovun villası

Yeqor Krasilnikovun villasıRostov-na-Donu şəhərində yerləşən, XIX əsrin dördüncü yarısında Eklektika stilində inşa edilmiş villa. Villa tacir Yeqor Krasilnikova məxsus olmuşdur. Bina 1 May küçəsində yerləşidi. Hazırda burada qadın məsləhətxanası yerləşir. Yeqor Krasilnikovun binsı Rusiyanın regional əhəmiyyətli mədəni irs abidəsi elan edilmişdir[1].

Yeqor Krasilnikovun villası
rus. Особняк Егора Красильникова
47°12′59″ şm. e. 39°43′03″ ş. u.
Ölkə  Rusiya
Şəhər Rostov-na-Donu
Tikilmə tarixi 1910
Memarlıq quruluşu Memarlıqda eklektizm
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi[redaktə | mənbəni redaktə et]

1-ci Sofiev küçəsində yerləşən bina Yeqor Krasilnikovun vəsaiti ilə inşa edilmişdir. O, binada ailəsi ilə birlikdə yaşayırdı. Adəti üzrə binada tez-tez bal və yığıncaqlar təşkil edilirdi. Qobaq zalının pəncərələri Sofiev küçəsinə baxırdı. Bura qalereya birləşir. Burada musiqiçilər yerləşdirilirdi. Fasad hissəyə yaxın yataq, uşaq otaqları, kabinet və digər otaqlar yerləşirdi. Aşağı mərtəbədə mətbəx və digər təyinatlı otaqlar yerləşirdi. At tövləsi, faytonların saxlandığı qaraj və buzxana həyətdə yerləşirdi.

1922-ci ildə bina milliləşdirilmişdir. 1927-ci il məlumstına əsasən binada qadın məsləhətxanası yerləşirdi. 1943 - 1954-cü illərdə binada poliklinika fəaliyyət göstərmişdir. 1954 - 1976-cı illər ərzindı burada uşaq konsultasiyası yerləşirdi. 1976-cı ildən bu günə qədər isə burada qadın məsləhətxanası fəaliyyət göstərir[2]. 29 mart 2015-ci ildə binada yanğın olmuşdur[3].

Arxitektura[redaktə | mənbəni redaktə et]

Yeqor Krasilnikovun villası Eklektika stilində inşa edilmişdir. Binanın əsas fasadı 1 May küçəsinə baxır. Bina dekorativ elementlərlə zəngindir. Borokko elementləri belə müşahidə edilir. Dəhliz sisteminə malikdir.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Ростов-на-Дону (объекты культурного наследия регионального значения)". Официальный портал Правительства Ростовской области. 2013-10-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-10.
  2. "Пролетарский район. Памятники архитектуры района". rostov-gorod.ru. 2013-10-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-11.
  3. "В Ростове горела женская консультация и гаражи". 2017-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-26.