Yerquruluşu

Yerquruluşu — Yerquruluşunun həm təsərrüfat-hüquqi, həm də elmi təyinatı və ya tərifi vardır. Yerquruluşunun təsərrüfat- hüquqi tərifi onun sırf təsərrüfat və hüquqi işlərə bağlı olmasından irəli gəlir. Azərbaycan Respublikasının “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Qanununda deyilir ki, yerquruluşu – torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli üzrə müvafiq tədbirlər sistemidir (I fəsil, maddə 1).Yerquruluşunun təsərrüfat - hüquqi tərəfindən göründüyü kimi onun iki əsas məqsədi və ya cəhəti vardır:

  1. torpaq münasibətlərini nizama salmaq, yəni torpaq istifadəçiliyini tənzimləmək (hüquqi tərəfi);
  2. torpaqdan səmərəli istifadə olunması ilə bağlı tədbirlər sistemini həyata keçirmək (təsərrüfat tərəfi).