Yesdikan (fars. يزدكان) (azərb. Yesdikan,یَزدیکان) (yerli deyiş. Yestikan یئستیکان) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Yesdikan | |
---|---|
38°24′ şm. e. 44°49′ ş. u. | |
Ölkə | |
Əhalisi | |
Milli tərkibi | azərbaycanlılar |
Dini tərkibi | islam (sünnilər) |
Vikianbarda əlaqəli mediafayllar |
Kəndi adı iki hissədən ibarətdir.yəzdi yaxudda yesti, azərbaycan dilindəki yastı (düz,ovalığ) sözünün bir şəkili olaraq, kan, gan və ya qan isə qədim türk dillərində kənd deməkdir. Bunlara görə demək olar ki Yəzdikan elə həmən Yastıkənddir və düz yerdə salınmış yaşayış yeri mənası verir.
Yəzdikan kəndi Xoydan 29 kilometr cənub-qərbdə və dəmiryolunun üstündə yerləşir. Şimaldan Babəkan, güneydən Görpiran və Şıxlar Zeyvəsi, şərqdən Boylapuş, Xan Dizə və Qaratəpə, qərbdən isə İstəran kəndləri ilə həmsərhəddir. Kəndin iqlimi mülayim olsa da, qış ayları çox soyuq və qarlı keçir. Yəzdikanda illik yağıntının miqdarı 254 mm-dir. Dəniz səviyyəsindən 1,160 metr yüksəklikdədir. Bu kəndin önəmli dağlarından Kuzidan dağının adını çəkmək olar. Bir uca dağ olaraq, öz dərin dərələri ilə seçilir. Yəzdikanın hündür dağlarında çoxlu miqdrada dəyərli daş və su yataları .
2006-cı il məlumatına görə kənddə 2.724 nəfər[1] yaşayır (565 ailə). Bu kənd Xoyun üçüncü böyük kəndi sayılır.
Kəndin əhalisi bütünlükdə Türk mənşəli kürəsünnü tayfasından olaraq, azərbaycan türkcəsidə danışırlar. Bu kəndin ləhcəsi Xoy və Təbriz ləhcələri ilədə çox bənzərliyi vardır. Dini baxımdan islamın sünni-şafi məzhəbinə etiqad edirlər.
Burada yaşayanların çoxu əkinçilik və bağçılıqıla məşqul olurlar. Kənddə gübəbaxan (ay çiçəyi), balqabaq, qoz, alma və ərik kimi bitkilər yetişdirilir. Ancaq bu kənd öz yaxşı günübaxanı ilə seçilir. Yəzdikanda davar saxlamaq və ağartıməhsulları istehsalıda geniş yayılmışdır.
Kəndin məhəllələri: