Yesdikan (Xoy)

Yesdikan (fars. يزدكان‎‎) (azərb. Yesdikan,یَزدیکان‎) (yerli deyiş. Yestikan یئستیکان) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.

Yesdikan
38°24′ şm. e. 44°49′ ş. u.HGYO
Ölkə
Əhalisi
Milli tərkibi azərbaycanlılar
Dini tərkibi islam (sünnilər)
Xəritəni göstər/gizlə
Yesdikan xəritədə
Yesdikan
Yesdikan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kəndi adı iki hissədən ibarətdir.yəzdi yaxudda yesti, azərbaycan dilindəki yastı (düz,ovalığ) sözünün bir şəkili olaraq, kan, gan və ya qan isə qədim türk dillərində kənd deməkdir. Bunlara görə demək olar ki Yəzdikan elə həmən Yastıkənddir və düz yerdə salınmış yaşayış yeri mənası verir.

Kəndin dəmiryolundan bir görüntü

Yəzdikan kəndi Xoydan 29 kilometr cənub-qərbdə və dəmiryolunun üstündə yerləşir. Şimaldan Babəkan, güneydən Görpiran və Şıxlar Zeyvəsi, şərqdən Boylapuş, Xan Dizə və Qaratəpə, qərbdən isə İstəran kəndləri ilə həmsərhəddir. Kəndin iqlimi mülayim olsa da, qış ayları çox soyuq və qarlı keçir. Yəzdikanda illik yağıntının miqdarı 254 mm-dir. Dəniz səviyyəsindən 1,160 metr yüksəklikdədir. Bu kəndin önəmli dağlarından Kuzidan dağının adını çəkmək olar. Bir uca dağ olaraq, öz dərin dərələri ilə seçilir. Yəzdikanın hündür dağlarında çoxlu miqdrada dəyərli daş və su yataları .

Dağlar qoynunda yerləşən Yəzdikan

2006-cı il məlumatına görə kənddə 2.724 nəfər[1] yaşayır (565 ailə). Bu kənd Xoyun üçüncü böyük kəndi sayılır.

Kəndin əhalisi bütünlükdə Türk mənşəli kürəsünnü tayfasından olaraq, azərbaycan türkcəsidə danışırlar. Bu kəndin ləhcəsi XoyTəbriz ləhcələri ilədə çox bənzərliyi vardır. Dini baxımdan islamın sünni-şafi məzhəbinə etiqad edirlər.

Burada yaşayanların çoxu əkinçilik və bağçılıqıla məşqul olurlar. Kənddə gübəbaxan (ay çiçəyi), balqabaq, qoz, alma və ərik kimi bitkilər yetişdirilir. Ancaq bu kənd öz yaxşı günübaxanı ilə seçilir. Yəzdikanda davar saxlamaq və ağartıməhsulları istehsalıda geniş yayılmışdır.

Kəndin məhəllələri:

  • Qara Ağac
  • Gədik Dalı
  • Daşlı Dərə
  • Bağırxan xiyabanı
  • Azərbaycan xiyabanı
  • Qəhvə Qabağı
  • Müdərris xiyabanı
  • Ayətüllah Xoylu xiyabanı
  • Şəhidlər küçəsi
  • Süleymanı meydanı (kənd içi)

Görməli yerlər

[redaktə | mənbəni redaktə et]
  • Koraman məntəqəsi: Bu məntəqə Yəzdikanın ən yaşıl yeri sayılır ki kəndin qərbində yer tutubdur.
  • Galacık (Qalacıq)
  • Böyük çəmən və Balaca çəmən
  • Məndədeyi dağı
  • Dəşti məntəqəsi
  1. "Kəndin əhalisi". 2011-11-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-11-14.