Yeva Ruttkai (mac. Ruttkai Éva) — macar aktrisası.
Yeva Ruttkai | |
---|---|
mac. Ruttkai Éva | |
Doğum tarixi | 31 dekabr 1927 |
Doğum yeri | |
Vəfat tarixi | 27 sentyabr 1986 (58 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | xərçəng xəstəliyi |
Dəfn yeri | |
Fəaliyyəti | teatr aktrisası, kino aktrisası, uşaq aktrisa[d], aktrisa |
Fəaliyyət illəri | 1945-ci ildən |
Vikianbarda əlaqəli mediafayllar |
Yeva Ruttkai (doğuşdan zamanı — Yeva Ruşş) 31 dekabr 1927-ci ildə Budapeştdə anadan olub[1]. Yeva ailənin altıncı övladı idi, lakin yalnız o və qardaşları İvan və Otto yetkinlik yaşına çatmışlar. Ailə dolanmaq üçün çətinlik çəkirdi və onun iki qardaşı teatrda uşaq aktyor kimi çalışırdı. Yeva cəmi iki yaşında olanda onlara qoşulur. Qardaşı İvan ilə birlikdə Budapeşt Komediya Teatrında, sonra Artur Laknerin uşaq teatrında çalışır. Orada o, Lili Darvaş və Artur Şamlai kimi məşhur macar aktyorları ilə tanış olur.
Onu Komediya Teatrının direktoru Daniel Yob kəşf edir və onunla 16 yaşında müqavilə bağlayır. Yeva Ruttkai Milli Teatrda oynadığı 1948-ci ildən 1951-ci ilə qədər qısa bir dövr istisna olmaqla[2], 1986-cı ildə vəfatına qədər Komediya Teatrında çalışmışdır.
1948–1986-cı illərdə o, 50-dən çox bədii filmdə, həmçinin təxminən 30-dan çox televiziya filmində və televiziya tamaşasında rol alıb.
Son səhnə çıxışından altı ay sonra Yeva Ruttkai 27 sentyabr 1986-cı ildə vəfat edir. O, Budapeştdəki Farkaşreti qəbiristanlığında dəfn edilib.
Aktrisanın keyfiyyətləri kino ekranında özünü tam şəkildə büruzə verir. Yalnız Macarıstanda deyil, həm də xaricdə şöhrət və populyarlıq Yeva Ruttkaiyə kinoda xarakter və komediya rollarının ifası gətirir. Onlardan ən diqqət çəkənləri "Bir fincan pivə" filmindəki Yulika (1955), "Gecə yarısı" filmində Vika (1957), "Mənim axmaqlığımın hekayəsi" komediyasında Katya (1965), "Saxta İzabella" detektivinində (1968) Marta Veqdir. , "Sinbad" filmində Lenke (1971) olmuşdur.
1950-ci ildə Yeva RuttkaiMilli Teatrın aktyoru Mikloş Qabor ilə evlənir. Onların 1952-ci ildə Yuliya adlı qızı anadan oldur.
1960-cı ildə Pavel Kohoutun "Belə məhəbbət" tamaşasının məşqində Yeva Ruttkai görkəmli macar aktyoru Zoltan Latinoviçlə tanış olur, onunla eşq yaşayır və 1976-cı ildə Latınoviçin ölümünə qədər birlikdə yaşamağa başlayır.