Yevgeni Koşeriu

Yevgeni Koşeriu[1](rum. Eugeniu Coșeriu; 19212002) - Moldova mənşəli alman linqvist, roman dilçiliyi üzrə mütəxəsssis, professor[2], 50-dən çox kitabın müəllifi, Rumıniya Akademiyasının fəxri üzvü.

Yevgeni Koşeriu
rum. Eugen Coșeriu
Doğum tarixi
Doğum yeri Belsı, Moldova
Vəfat tarixi (81 yaşında)
Vəfat yeri Tübingen, Almaniya
Vətəndaşlığı Rumıniya
Elm sahəsi Dilçilik
Elmi dərəcəsi professor
İş yeri Tübingen Universiteti
Təhsili
Üzvlüyü
  • Bavariya Elmlər Akademiyası[d]
Mükafatları "Respublika" ordeni Knight of the Order of the Star of Romania "Müdrik X Alfonso" ordeninin böyük xaçı
coseriu.de
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yevgeni Koşeriu 27 iyul 1921-ci ildə Rumıniya Krallığının Mixeylen kəndində anadan olmuşdur. Sonralar həmin ərazi — Moldova SSR, hal-hazırda isə Moldova Respublikası adlandırıldı.

Belsı şəhərində yerləşən Liceul Teoretic„İon Creangă" liseyində təhsil almışdır. Sinif yoldaşları Bessarabiya yazıçısı- Vadim Piraoqan və rumın yazıçı- Sergiu Grossu olmuşdur.[3] Suza Universitetini bitirdikdən sonra Koşeriu 1940-cı ildə İtaliyaya yola düşdü. Romada yerləşən İtaliya Mədəniyyət Universitetində təhsilini davam etdirdi. 1944-cü ildə Yevgeni cənub slavyan xalqlarının poeziyasına məxsus olan Chanson de geste (epik məzmunlu fransız orta əsr ədəbiyyatının janrı) haqqında olan dissertasiyasına görə dərəcə aldı.[4] 1944-45-ci ildə Koşeriu Paduya Universitetində çalışırdı. 1945-ci ildən 1949-cu ilə qədər Milan Universitetində işləmişdir.

Bir müddətdən sonra Latın Amerikasında- Uruqvay Respublika Universitetində işləməyə başladı. Sonra yenidən Avropaya qayıtdı və həyatının sonuna qədər Almaniyada yerləşən Tübingen Universitetində professor kimi işlədi.

Koşeriu 7 sentyabr 2002-ci ildə Almaniyanın Tübingen şəhərində vəfat etmişdir.

Yevgeni Koşeriunun adını daşıyırlar:

  • Belsı şəhər kitabxanası.
  • Mixeylen kənd məktəbi.
  • Internațional de Științe ale Limbajului beynəlxalq kollekviumu.

Gördüyü işlər

[redaktə | mənbəni redaktə et]
  • (İspan dilində) Eugeniu Coșeriu, Teoría del lenguaje y lingüística general, Madrid, 1973
  • (İspan dilində) Eugeniu Coșeriu, Sincronía, diacronía e historia, Madrid, 1973
  • (İspan dilində) Eugeniu Coșeriu, Principios de semántica estructural, Madrid, 1978.
  • (İspan dilində) Eugeniu Coșeriu, El hombre y su lenguaje: estudios de teoría y metodología lingüística, Madrid, 1985.
  • (İspan dilində) Eugeniu Coșeriu, Tradición y novedad en la ciencia del lenguaje, Madrid, 1977.
  • (İspan dilində) Eugeniu Coșeriu, Gramatica, semántica, universales, Madrid, 1978.
  • (Rumın dilində) Eugeniu Coșeriu, Lecții de lingvistică generală, Chișinău, ARC Publishing House, 2000.
  • (Rumın dilində) Eugeniu Coșeriu, "Limbaj și politică", in Revista de lingvistică și știință literară, 5/1996.
  • (Rumın dilində) Eugeniu Coșeriu, „Latinitatea orientală”, in Limba Română este patria mea. Studii. Comunicări. Documente, Chișinău, 1996, p. 15-31,
  • (Rumın dilində)Eugeniu Coșeriu, „Unitatea limbii române - planuri și criterii”. Ibidem. p. 205-121.
  • (İngilis dilində) Eugeniu Coșeriu and Horst Geckeler. Trends in structural semantics. (Tübinger Beiträge zur Linguistik, 158). Tübingen: Narr. 1981.
  1. "Die Gesamtstruktur der Sprache nach Eugenio Coseriu, (Recop.) Justo Fernández López, Hispanoteca". 2013-01-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-04-18.
  2. "Profesorul EUGENIO COȘERIU". 2014-01-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-04-18.
  3. Eugenio Coseriu: Das romanische Verbalsystem. Tübinger Beiträge zur Linguistik. Band 66, Gunter Narr, Tübingen 1976, ISBN 3-87808-066-2, S. 115
  4. Ulrike Schwall: Aspektualität: eine semantisch-funktionelle Kategorie. Band 344 von Tübinger Beiträge zur Linguistik, Gunter Narr Verlag, Tübingen 1991, ISBN 3-8233-4207-X, S. 128 f.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]