Yimey Vanq – çinli qadın voleybolçu. Çin milli voleybol komandasının çapraz mövqedə oynayan hücumçusudur. Boş vaxtlarında pop musiqiyə qulaq asmağı sevən voleybolçu həmçinin basketbolla da maraqlanır.[1]
Yimey Vanq 王一梅 | |
---|---|
Şəxsi məlumatlar | |
Tam adı | Yimey Vanq |
Ləqəbi | Da Mey |
Doğum tarixi | |
Doğum yeri | Dalian Çin |
Vətəndaşlığı | Çinli |
Voleybolçu məlumatları | |
Boyu | 1.90 m |
Çəkisi | 87 kq |
Zərbəsi | 318 sm |
Bloku | 305 sm |
Mövqeyi | Hücumçu |
Karyerası | |
Komandası | Eczacıbaşı |
Nömrəsi | 9 |
Həvəskar karyerası | |
2000–2003 | Liaoninq Voleybol |
Klub karyerası | |
2003–2013 2013– |
Liaoninq Volleybol Eczacıbaşı |
Milli komanda karyerası | |
2005– | Çin |
Vikianbarda əlaqəli mediafayllar |
Karyerasına doğma vətəninin Liaoninq komandasında başlayan Vanq burada 2005-06 mövsümündə Çin ölkə çempionatının qızıl medalını qazanmışdır. Uğurlu çıxışı sayəsində Çin milli komandasında oynamaq şansını tapan voleybolçunun bu mənada ilk matçı 2005-ci ilə tasadüf edir.
2008 Yay Olimpiya Oyunlarında da iştirak şansı tapan voleybolçu doğma şəhəri Pekində keçirilən yarışda milli komandanın əlavə güclərindən biri olur. (ikinci heyətin üzvi kimi) Ev sahibləri yarımfinala qədər irəliləsələr də yarımfinalda Braziliya milli voleybol komandasına məğlub olur. Üçüncülük matçında qalib gələn Çin milli komandası bürünc mükafatlara yiyələnir. Bu oyunlarda az da olsa oynamaq şansı tapan Vanq isə ilk olimpiya bürüncünə sahib çıxır. Bundan sonra o, 2012 Lodon Yay Olimpiya Oyunlarında da iştirak etmişdi.
2013-cü ildə Türkiyə voleybol klubu Əczacıbaşı ilə müqavilə imzalamışdır.[2] Burada 2013-14 CEV Qadınlar Çempionlar Liqasında iştirak edərək ilk avrokubok təcrübəsini də qazanır. Bununla da bəs eləməyən asiyalı turnirin Dördlər finalında da iştirak edə bilir. Yalnız bu mərhələdə komandası ilk öncə Vakıfbanka daha sonra isə Azərbaycan çempionu Rabitəyə məğlub olur.[3]