Yol (jurnal)

[mənbə göstərin]

Yol

Yol — 1990-ci illərdə Tehranda Keyhan müəssisəsində nəşr olunan jurnal.

"Yol" ötən yüzilliyin 90-larında Tehranda çıxan ədəbiـbədii dərgi idi. Eyvaz Tahanın baş yazarlığı ilə tam Azərbaycan tüٍrkəcəsində buraxılan bu dərgi, Güney Azərbaycan mətbuat tarixində hadisə sayılırdı. Vaxtilə Solçuların "Keyan"[۱] müəssisəsinə başçılıq etədiyi zaman işıq üٍzu görmüş Yolda yeniliklər az deyildi. Yol Güney Azərbaycanın birinci rəngli dərgisi, yep-yeni məzmunlu, və milli hökumət zamanından bəri çıxan ən yükəsk tirajlı nəşr orqanı idi. Habelə yolun özüٍndən önəmsiz olmayan "Kəpənğk" dərgisi, Yolun əlavəsi kimi uşaqlar üٍçün buraxılırdı. Son nömrələrdə səhifəlrinin sayı 64ـdə qədər artımş bu əlavənin indiyə qədər bənzəri çıxmayıb. E.Taha Yol və Kəpənək dərgilrində 20 ـci nömərəyə qədər çalışdı. Həmin sayı işıq üٍzu gördükdən sonra məzmun və dilin diyəşidirilməsinə dair gələn hökumət əmrlərinə boyun qoymaraq redaksiyadan uzaqlaşdı. Bu uzaqlaşma Hüseyn Şəritmdarinin Keyhanı ələ keçirməsinə təsadüf edirdi. E. TAHAnın keyhanda əməkdəaşları bunlar idi: rəhmətlik professor Həmid Məhəmmdəzadə, İsmayıl Hadi, Əli Urmulu, Abdulla Bəhrülulumi, Atila Maralanlı, Qəhrəman Nuranı, Əkbər Azad, Elşən Seyidzadə, Əmin Sidiqi, Elyar Kərimxanlı, Nuşin Musəvi. Körkəmli alim doktor Cavad Heyət başda olmaqla Azərbaycanın tanınmış alimləri, yazarları və şairlərinin əksəriyyəti öz əsərləri ilə yolda çıxış etmişlər. İndiki tanınmış rəssamların bir nəçəsi, o cümlədən Hüseyn Novruzi Yol dərgisi ilə şöhrət qazanmağa başlamışlar. Yolun loqosu böyük rəssam və heykəltaraş Nəcibinin işidir. [1] Keyhan iran mətbuat tarixində ən qədim və ən nüfüzlu mətbu orqanların biri, nüfuz baxımından bəlkə də birincisidir. Keyhan müəssisəsində 15-dən çox qəzet və jurnal buraxılır ki, onların ən önəmlisi Keyhan gündəliyidir. Bu gündəlik iranda gedən islahat hərakatına qarşı çıxdığı üçün gözdən düşdü. Jurnalın redaksiya heyətinə aşağıdakı jurnalistlər daxil idi:

  • 1.Eyvaz Taha(baş yazar)
  • 2.Əmin sədiqi(baş yazar müavini/sonralar baş yazar)
  • 3.prof.Həmid Məmmadzadə
  • 4.Ə.urmulu
  • 5.Əkbər Azad
  • 6.Abdulla Bəhrül-ülumi
  • 7.Qəhrəman Nurani
  • 8.Həsən Raşidi
  • 9.Nuşin Ayda
  • 10.Mir Hidayət Hisari
  • 11.İsmayıl Hadi
  • 12.Bəhruz İmani
  • 13.A.Maranlı