Yolanta Zavacka (pol. Jolanta Zawadzka; 8 fevral 1987, Vrotslav) — polşalı şahmatçı, qadınlar arasında beynəlxalq qrosmeyster (2005). 2004-cü ildə 18 yaş kateqoriyasında gənclər arasında şahmat üzrə dünya çempionu olub. Polşanın qadınlardan ibarət milli komandasının tərkibində 2005-ci ildə İsveçin Göteborq şəhərində keçirilmiş şahmat üzrə komandalararası Avropa çempionatında qızıl,[2] 2007[3] və 2011-ci illərdə isə Yunanıstanın müvafiq olaraq İraklion və Porto Karras şəhərlərində keçirilmiş Avropa çempionatlarında isə gümüş medal qazanmışdır.[4]
Yolanta Zavacka | |
---|---|
pol. Jolanta Zawadzka | |
Ölkə | |
Doğum tarixi | 8 fevral 1987 (37 yaş) |
Doğum yeri | |
Titulu | qadınlar arasında beynəlxalq qrosmeyster (2005) |
Son reytinqi | 2449 (aprel 2017) |
Maksimal reytinqi | 2449 (aprel 2017) |
FİDE nömrəsi | 1122320 |
Vikianbarda əlaqəli mediafayllar |
2006, 2011, 2015 və 2018-ci illərdə qadın şahmatçılar arasında Polşa çempionu olub.[5]