«Yoldaş» (qum. Ёлдаш «yoldaş») — Mahaçqalada (Dağıstan, Rusiya) qumuq dilində dərc edilən qəzet).
Yoldaş | |
---|---|
Növ | İctimai-siyasi |
Format | A3 |
Baş redaktor | Kamil Əliyev |
Yaranma tarixi | 1917 |
Dil | qumuq dili |
Baş ofis | Rusiya: Mahaçqala, Nasrutdinov pr., ev 61, 9-cu mərtəbə |
Tiraj | 5 000 |
yoldash.etnosmi.ru |
Qəzet 3 aprel 1917-ci ildən dərc edilir. 1922-ci ilə qədər müntəzəm dərc edilmirdi və adı tez-tez dəyişirdi: «Zaman», «Musavat», «İşçı xalqı», «Al bayraq», «Dağıstan füqərası». 1922—1931-ci illərdə «Yoldaş» adlandırılmışdır. 1930—1990-cı illərdə «Lenin yolu» adlandırılmış və Sovet İttifaqı Kommunist Partiyasının Dağıstan Vilayət komitəsinin orqanı olmuşdur. 1991-ci ildən indiki adını daşıyır.
Qəzet həftədə 1 dəfə 5-8 min nüxsədə 24 zolaqda dərc olunur.[1]
1968-ci ildə "Şərəf nişanı" ordeni ilə təltif edilmişdir.