Yolkənarı meşə zolaqları- Dəmiryolları və şose yollarını qardan,qum və tozlardan, yuyulmadan qorumaq üçün, həmçinin dekorativ məqsədlə zolaq şəklində meşəliklər.
Bu meşələr həm də sanitar-sağlamlaşdırıcı funksiyası daşıyır.Dəmir yolları boyu meşə zolaqları kənar yoldan 15–20 m aralı yerləşdirilir. Meşəlik bir və ya çoxzolaqlı ola bilər. Bir zolağın eni 1025 metr,2–7 cərgəli götürülür.Avtomobil yolları boyu meşə zolaqları yoldan 15–50 metr kənarda yerləşdirilib, eni 4–20 metr, adətən 2–4 cərgəli olur. Yolboyu meşə zolaqları uzunömürlü, küləyə, qara və qaza davamlı ağac cinslərindən salınır.[1]