Yonca yoğunayağı

Yonca yoğunayağı (lat. Bruchophagus gibbus) — Buğumayaqlılar tipinin Pərdəqanadlılar dəstəsinin Yoğunayaqlılar fəsiləsinə aid olan növ.

Yonca yoğunayağı
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Ranqsız:
Ranqsız:
???:
Yonca yoğunayağı
Beynəlxalq elmi adı
  • Bruchophagus gibbus, 1836

Xarici quruluşu

[redaktə | mənbəni redaktə et]

Yetkin yonca yoğunayağı 2 mm böyüklükdə həşəratdır. Bədəni qara rəngli olub, ayaqlarının baldır və pəncələri sarıdır. Bığcığı 8 buğumludur. Əsas buğum o birilərinə nisbətən xeyli uzundur. Saplaqlı qarıncığa malikdir. Qarıncıq yumurtavarıdır, parlaqdır. Qanadları şüşə kimi şəffafdır və kənarlarında külli miqdarda tükcüklər vardır. Yumurtası olduqca kiçik (0,04 mm uzunluqda, 0,02 mm enində) olub, ovalvarı, yarımşəffaf və saplaqlıdır. Sürfəsi ağ rəngli və ayaqsızdır. Yaxşı inkişaf etmiş qəhvəyi rəngli üst çənələrə malikdir. Uzunluğu 1,5–2 mm-dir.

Bu həşərat yoncadan başqa, üçyarpaq yonca və xəşəmbüllə də qidalanır. Yonca yoğunayağı sürfə fazasında mədəni və yabanı yonca toxumları daxilində qışlayır. Bu sürfələr yazda toxum daxilində pup halına keçir. Həmin puplardan aprel ayının ikinci və üçüncü ongünlüklərində yetkin fərdlər çıxmağa başlayır. Onlar toxumların qabığını girdə halda gəmirərək xaricə çıxır və müxtəlif bitki çiçəklərinin nektarı ilə qidalanır. Bir müddət keçdikdən sonra dişi yoğunayaqlar süd yetişmə dövründə olan paxlalı bitkilərin paxlalarına tək-tək yumurta qoyur. Bu məqsədlə dişilər yumurtaqoyanları vasitəsilə paxlanın qabığını deşir və yumurtalarını toxumların üzərinə tökür. Hər bir dişi yoğunayaq 16-65 yumurta qoya bilir. Yumurtanın rüşeym inkişafı 3-5 günə başa çatır və əmələ gələn sürfələr həyatının sonuna qədər bir toxumla qidalanır və başqasına keçmir. Sürfələrin bir qisminin diapauza halına keçməsi ilə əlaqədar olaraq heç bir nəsil inkişafını tam başa vurmur. Sürfələr yalnız gələn ilin yazında inkişafını davam etdirir.

Azərbaycanda yonca əkilən bütün rayonlarda yonca yoğunayağı geniş yayılıb.