Yordanovun binası (Taqanroq)

Yordanovun binasıRostov vilayəti Taqanroq şəhəri ərazisində yerləşən tarixi arxitektur bina. Bina Taqanroq şəhəri Qreçeskaya küçəsi ev 42 ünvanında yerləşən bina. Bina XIX əsrin əvvəllərində inşa edilmişdir. Binanın hazır ki, vəziyyəti idealdır. Bina regional əhəmiyyətli mədəni irs siyahısına daxil edilmişdir.

Yordanovun binası
rus. Дом Йорданова
Xəritə
47°12′36″ şm. e. 38°56′25″ ş. u.
Ölkə  Rusiya
Şəhər Taqanroq
Tikilmə tarixi XIX əsrin əvvələri
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İki mətəbədən ibarət olan bina Rostov vilayəti Taqanroq şəhəri Qreceskaya küçəsi ev 42 ünvanında yerləşir. Bina XIX əsrin əvvəllərində inşa edilmişdir. Şəhərin məşhur şəxsləri binaya XIX əsrin ikinci yarısına qədər sahib olmuşlar. 1870-ci illərdə binanı III gildiya taciri Fedor Petroviç Yordanov satın almışdır. O, Taqanroqda 1820-ci ildən yaşayır. Taqanroqda iki makaron fabrikinə sahib idi. 1843-cü ildə 36 yaşlı tacir 17 yaşlı varlı tacir ızı Anastasiya Lisina ilə evlənmişdir. 1850-ci ildə Sofiya vəfat etmişdir. Taqanroq provaslav qəbrstanlığında onun xatirəsinə qranit blok qoyulmuşdur. Abidə qara daş üzərində qoyulmuşdur. Tacirin ikinci həyat yoldaşı Olqa Pavlovnadan isə onun beş uşağı olmuşdur: Sofiya (1853), Petra (1855), Mariya (1856), Pavla (1858) və Pantelemeynova (1862). Bir zamanlar o, Taqanroq limanının komisiyasına daxil edilmişdi. Onun oğlu Pavel nazir və gizli məsləhətçi idi. Fedor Petroviç 64 yaşında 1872 yaşında vəfat etmişdir. Onun ölümündən sonra bina vəsiyyətnamə ilə ikinci arvadına keçmişdir. 1925-ci ilə qədər onun övladları binaya sahib idi. 1890–1891-ci illərdə binada N. K. Çubenkonun makaron fabriki yerləşirdi.

Sovet hakimiyyəti illərində bina milliləşdirilmişdir. 1918-ci ildə binada dənizçilər klubu yerləşirdi. Hazırda isə yaşayış binası kimi istifadə edilir.

Yordanovun binası Qreçeskaya küçəsində yerləşir. İki mərtəbədən ibarət olan binanın fasadı qara suvaqla üzlənmişdir. Fasadında yeddi pəncərə vardır. Əsas girişi binanın solunda yerləşir. Binanın birinci mərtəbəsində yerləşən pəncərələrinin kənarları qəsr daşları ilə işlənmişdir. Mərtəbələr arasında karniz vardır. Bina sarı rəngə boyanmışdır. Elementlər isə ağ rəngdədir. ие bina. Bina XIX əsrin əvvəllərində inşa edilmişdir.

  • Энциклопедия Таганрога. — Ростов-н/Д: Ростиздат, 2003. — 512 с. — ISBN 5-7509-0662-0.
  • Гаврюшкин О. П. По старой Греческой… (Хроника обывательской жизни). — Таганрог: Лукоморье, 2003. — 514 с. — ISBN 5-901565-15-0.